Xəbər lenti
Bircə nəfəslikmiş yer-göy arası, bunu adam bilməz, quşlar biləndi
Münəvvərə Osmanova Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi, “SƏADƏT” dərgisinin baş redaktorudu.
Manevr.az Münəvvərə xanımın şeirlərini təqdim edir:
Saf sevgi sönməz
Sevmək – bu, dörd fəsil titrəyən candır,
İztirab içində qalmaqdı sevmək.
Allahdan verilən böyük bir ənam,
Rəbbin nəzərində olmaqdı sevmək.
Sevmək – köksündəki quşa inanıb,
Göylərə uçmağa can atmaq demək.
Sevilmək – alışıb, ulduztək yanıb,
Ən gözəl qadınla bir olmaq demək.
Sevmək – bu, igidlik, istəsə yarın -
Ömrü əzizini çatdırmaq ada.
Sevilmək – cəsarət, qəlbdə vüqarın -
Tənha güc göstərmək bir qoşun yada.
Yarım, dözməliyik artıq, azına,
Eşqi təşvişlərə dəyişmək olmaz.
Düşəndə bir düşdük həyat toruna,
Saf sevgi yüz ilə sönməz, azalmaz.
DÜNYA
Əsil dünya məndən də qərib,
Daş dəyməkdən zəif, incəlib.
Yalan deyə, vəfasız deyə,
Tərk edərlər, qalar qəm çəkib,
Bir dosta kef, bu miskin dünya –
Aləm üçün yaşamağım gərək.
Olarmıdı dünyaya üstün,
Tapılsaydı bir bağrıbütün?
Qalxan olaq qismət oxuna,
Əzabımdan tüsü çaxsa, mümkün
Ürək verdiyinə ömrünü verən
Anam üçün yaşamağım gərək.
Nur olmasa, pöhrələr bitməz
Əsən küləklərə tab etməz,
Civildəşər dövrəmdə giryan.
O sevinsə, varlıq sevinər,
Qara qəlbə nur saçan ayım –
Balam üçün yaşamağım gərək.
Dərdi yoxun könlü – bir kəsək.
Sığırçından fərqi yox – bişək
Qəlb dibində sitəm çox, amma
Bu dünyadan ummaram istək
Sinəm içində könlü yer almış
Sənəm üçün yaşamağım gərək.
Yaxşı-yaman günümdə həmkar,
Alar dərdimi, gələndə azar.
Nadan dost satqın çıxsa da,
Tərk etməyən qardaşım var.
Səs salanda söykəndiyim əsa
Qələm üçün yaşamağım gərək.
Büsatım yox, sözüm hədiyyə,
Var olan oğlum, qızım hədiyyə.
Qismətimdə hər şeyi gördüm,
Dost tapmadım, özüm hədiyyə.
Canımın içində yaşayır bu el –
Vətən üçün yaşamağım gərək!
OVÇU
Uçan quşa dəysə ovçunun oxu,
Qanadı qırılmış yerə gələndi.
Bircə nəfəslikmiş yer-göy arası,
Bunu adam bilməz, quşlar biləndi.
Nursuz baxışında yalvarış, ələm,
Səs salıb yol gözlər balaları ac.
Ovu olduğuna sevinər adam,
Laylalar söyləyər qoca qarağac.
Bir udum yeməkçün belə cəhalət,
Quşu, yuvasın da yandırar qada.
Ovçu əməlindən olmaz xəcalət,
Onu it ağzından almış olsa da.
SƏN BELƏ BIR XALQI HARDAN TAPARSAN
Ey qaranquş, tələsirsən haraya,
Oxuyursan, nə qəm düşüb araya?
Eyvanında quş tikdiyi yuvaya
Baxıb qalan xalqı hardan taparsan?
Yuvasından həşəm düşsə, haylayıb,
Öz yerinə qaytarmağı iş sayıb.
Balaların uçuşunu gözləyib,
Sadiq duran xalqı harda taparsan?
Bu bir el ki, qəlbi genlikdə xatəm,
Yeddi dəfə ölçüb, atmaqda qədəm.
Qəlbinin evinə üz versə də qəm,
Gülüb baxan xalqı harda taparsan?
Bircə gün gəlməsə evinə qonaq,
Canın həlak edər, kefsiz olaraq.
Quşlar oxuyanda, gecələr ancaq.
Çörək yapan xalqı hardan taparsan?
On olsa – hərənin yeri tək deyər,
Bir gün olar mənə o, dirək deyər.
Oğul el işində var, gərək deyər -
Deyib doğan xalqı harda taparsan?
Elinə baş çəkər gələndə bahar,
Sağlamlıqdır deyib, evin ağardar.
Gözünə gül-çiçək tutub da ağlar,
Belə bağban xalqı hardan taparsan?
Hal sorsan, süfrəsin açacaq dehqan,
Ömründə bir dəfə deməyib yalan.
Yerin göbəyini üzməyə imkan,
Qüvvə tapan xalqı hardan taparsan?
Hər övlad odur əzəldən məkan,
Zəhmət çəkib tapar xoşbəxtliklə şan.
Özü dirək durar, özü də tavan,
Belə olan xalqı hardan taparsan?
Quzğuna, qartala tor qurmaz ancaq,
Fikrini xətadan saxlayar uzaq.
Qonşusu öləndə qırx gecə çıraq,
Yandıran xalqı sən hardan taparsan?
Qaranquş, ey belə tələsən sənəm,
Getmə, qarlar yağa, bunun nəyi qəm?
Quşun yuvasına gecələrdə şəm,
Çıraq tutan xalqı hardan taparsan?
Sən belə bir xalqı hardan taparsan?..
ÖZÜMƏ DÖZÜM DİLƏRƏM
Mənə gah əndişə, gah öyüd verər,
Nadanın yalanın susub, dinlərəm.
Ürəyimdə şimşək çaxıb dursa da,
Fağırtək arxada qalar, dinmərəm.
Ruhum qəfəsində başlanar üsyan,
Məhkum eləyərəm özümü özüm.
Haqsızları Haqqa tapşırıb, yanıb,
Bağrı qan ürəyə dilərəm dözüm.
Manevr.az
Manevr.az Münəvvərə xanımın şeirlərini təqdim edir:
Saf sevgi sönməz
Sevmək – bu, dörd fəsil titrəyən candır,
İztirab içində qalmaqdı sevmək.
Allahdan verilən böyük bir ənam,
Rəbbin nəzərində olmaqdı sevmək.
Sevmək – köksündəki quşa inanıb,
Göylərə uçmağa can atmaq demək.
Sevilmək – alışıb, ulduztək yanıb,
Ən gözəl qadınla bir olmaq demək.
Sevmək – bu, igidlik, istəsə yarın -
Ömrü əzizini çatdırmaq ada.
Sevilmək – cəsarət, qəlbdə vüqarın -
Tənha güc göstərmək bir qoşun yada.
Yarım, dözməliyik artıq, azına,
Eşqi təşvişlərə dəyişmək olmaz.
Düşəndə bir düşdük həyat toruna,
Saf sevgi yüz ilə sönməz, azalmaz.
DÜNYA
Əsil dünya məndən də qərib,
Daş dəyməkdən zəif, incəlib.
Yalan deyə, vəfasız deyə,
Tərk edərlər, qalar qəm çəkib,
Bir dosta kef, bu miskin dünya –
Aləm üçün yaşamağım gərək.
Olarmıdı dünyaya üstün,
Tapılsaydı bir bağrıbütün?
Qalxan olaq qismət oxuna,
Əzabımdan tüsü çaxsa, mümkün
Ürək verdiyinə ömrünü verən
Anam üçün yaşamağım gərək.
Nur olmasa, pöhrələr bitməz
Əsən küləklərə tab etməz,
Civildəşər dövrəmdə giryan.
O sevinsə, varlıq sevinər,
Qara qəlbə nur saçan ayım –
Balam üçün yaşamağım gərək.
Dərdi yoxun könlü – bir kəsək.
Sığırçından fərqi yox – bişək
Qəlb dibində sitəm çox, amma
Bu dünyadan ummaram istək
Sinəm içində könlü yer almış
Sənəm üçün yaşamağım gərək.
Yaxşı-yaman günümdə həmkar,
Alar dərdimi, gələndə azar.
Nadan dost satqın çıxsa da,
Tərk etməyən qardaşım var.
Səs salanda söykəndiyim əsa
Qələm üçün yaşamağım gərək.
Büsatım yox, sözüm hədiyyə,
Var olan oğlum, qızım hədiyyə.
Qismətimdə hər şeyi gördüm,
Dost tapmadım, özüm hədiyyə.
Canımın içində yaşayır bu el –
Vətən üçün yaşamağım gərək!
OVÇU
Uçan quşa dəysə ovçunun oxu,
Qanadı qırılmış yerə gələndi.
Bircə nəfəslikmiş yer-göy arası,
Bunu adam bilməz, quşlar biləndi.
Nursuz baxışında yalvarış, ələm,
Səs salıb yol gözlər balaları ac.
Ovu olduğuna sevinər adam,
Laylalar söyləyər qoca qarağac.
Bir udum yeməkçün belə cəhalət,
Quşu, yuvasın da yandırar qada.
Ovçu əməlindən olmaz xəcalət,
Onu it ağzından almış olsa da.
SƏN BELƏ BIR XALQI HARDAN TAPARSAN
Ey qaranquş, tələsirsən haraya,
Oxuyursan, nə qəm düşüb araya?
Eyvanında quş tikdiyi yuvaya
Baxıb qalan xalqı hardan taparsan?
Yuvasından həşəm düşsə, haylayıb,
Öz yerinə qaytarmağı iş sayıb.
Balaların uçuşunu gözləyib,
Sadiq duran xalqı harda taparsan?
Bu bir el ki, qəlbi genlikdə xatəm,
Yeddi dəfə ölçüb, atmaqda qədəm.
Qəlbinin evinə üz versə də qəm,
Gülüb baxan xalqı harda taparsan?
Bircə gün gəlməsə evinə qonaq,
Canın həlak edər, kefsiz olaraq.
Quşlar oxuyanda, gecələr ancaq.
Çörək yapan xalqı hardan taparsan?
On olsa – hərənin yeri tək deyər,
Bir gün olar mənə o, dirək deyər.
Oğul el işində var, gərək deyər -
Deyib doğan xalqı harda taparsan?
Elinə baş çəkər gələndə bahar,
Sağlamlıqdır deyib, evin ağardar.
Gözünə gül-çiçək tutub da ağlar,
Belə bağban xalqı hardan taparsan?
Hal sorsan, süfrəsin açacaq dehqan,
Ömründə bir dəfə deməyib yalan.
Yerin göbəyini üzməyə imkan,
Qüvvə tapan xalqı hardan taparsan?
Hər övlad odur əzəldən məkan,
Zəhmət çəkib tapar xoşbəxtliklə şan.
Özü dirək durar, özü də tavan,
Belə olan xalqı hardan taparsan?
Quzğuna, qartala tor qurmaz ancaq,
Fikrini xətadan saxlayar uzaq.
Qonşusu öləndə qırx gecə çıraq,
Yandıran xalqı sən hardan taparsan?
Qaranquş, ey belə tələsən sənəm,
Getmə, qarlar yağa, bunun nəyi qəm?
Quşun yuvasına gecələrdə şəm,
Çıraq tutan xalqı hardan taparsan?
Sən belə bir xalqı hardan taparsan?..
ÖZÜMƏ DÖZÜM DİLƏRƏM
Mənə gah əndişə, gah öyüd verər,
Nadanın yalanın susub, dinlərəm.
Ürəyimdə şimşək çaxıb dursa da,
Fağırtək arxada qalar, dinmərəm.
Ruhum qəfəsində başlanar üsyan,
Məhkum eləyərəm özümü özüm.
Haqsızları Haqqa tapşırıb, yanıb,
Bağrı qan ürəyə dilərəm dözüm.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar