Xəbər lenti
Sabir Rüstəmxanlının ədəbi uğursuzluğu...
Emil Rasimoğlu
yazar
Əgər mövzu şəxsən Sabir Rüstəmxanlı və ədəbiyyatdırsa, o zaman yaxın gəlin, bir — iki kəlmə də sözüm var.
Öncə onu deyim ki, bir dəfə də yazmışdım, Sabir Rüstəmxanlı da daxil olmaqla “demokratam” deyib, söz və düşüncə azadlığına qarşı hər məqamda, hər addımbaşı aqressivlik göstərən qəribə bir toplum formalaşıb. Bu tendensiyadan xilas olmaq lazımdır...
Bəs, harada qaldı demokratiya, ay azadlıq carçıları?
Qayıdım, Sabir Rüstəmxanlı və ədəbiyyat mövzusuna...
Bilirsiniz, əksəriyyət hələ də ciddi ədəbiyyatın mahiyyət etibarı ilə özünəməxsus xüsusiyyətlərə, prinsiplərə malik olmasını qəbul etmir... edə bilmir... etmək istəmir!
Ədəbiyyat bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir, hadisədir...
Əzizlərim, oxumuşuq da Sabir Rüstəmxanlının şeirlərini. Dəfələrlə oxumuşuq. İlahiləşdirdiyiniz “Sağ ol, ana dilim”i də, “Salam, Gəncə qapısı”nı da... və.s oxumuşuq. Eyni zamanda Sabir Rüstəmxanlının ədəbi təfəkkürünün fundamental, gerçək YARADICI MEXANİZMdən uzaq olmasına da bələdik.
... Sabir Rüstəmxanlının şeirləri ilə bağlı fikirlərimi öncəki dönəmlərdə də bir neçə dəfə ifadə etmişəm. Söz düşmüşkən, qısaca bir daha deyim ki, o şeirlərin mahiyyətində müəllifin SPESİFİK YARDICI POTENSİALı, ədəbi hadisəni ortaya qoyacaq novatorluğu, eyni zamanda ciddi mətn çalarları dayanmır. Yalnız, populizm... sentimentallığın ibtidai forması... “tribuna didaktikası”... publisistik — kütləvi fikirlərin texniki səsləşməsi... və emosional nəzm! Məhz bu detallardan ibarətdir o şeirlər. Bu detallar isə ciddi ədəbiyyatın, sənətin yaradılışına, belə demək mümkündüsə, “İlahi geninə” yaddır...
... Sabir Rüstəmxanlını korkoranə “müdafiə” etməkdənsə, yenə deyirəm, yazdığı şeirlərdən birini ortaya qoyun, ciddi ədəbiyyatı, sənəti əks etdirsin.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar