Xəbər lenti
Coşqun Xəliloğlunun "Vicdan əzabı"
Coşqun Xəliloğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Azərbaycan Yazıçılar Birliyinin üzvü
"Vicdan əzabı"
(Hekayə)
Parkda tez-tez göyərçinləri yemləyən ağsaqqal simalı bir kişiyə rast gəlirəm. Düzdür, burada quşlara çörək qırıntıları, dən səpən müxtəlif insanları görmək olar.
Amma mənə elə gəlir ki, heç kəs bu kişi kimi quşlara sevgiylə, məhəbbətlə yanaşmır. Sanki o, göyərçinlərlə söhbət edir, onlarla əziz adamı kimi dərdləşir. Bir neçə dəfə onu yaxından müşahidə etmişəm, danışdırmaq istəmişəm. Amma ürək eləməmişəm ki ya xətrinə dəyər, ya da məni acılayar.
Bir dəfə axşamçağı işdən sonra onunla yenə rastlaşdım:
-Salam, əmi.
-Salam.
-Necəsiniz?
-Yaxşıyam, bala. Sən necəsən?
-Sağ olun, əmi.
Onun çöhrəsi işıqlandı. Təbəsümlü baxışı məni ürəkləndirdi.
-Siz, bura tez-tez gəlirsiniz?
-Hə, ən azı həftədə dörd dəfə gəlirəm. Əgər dalbadal üç gün gəlməsəm,
göyərçinlərim məni başqa cür qarşılayırlar. Elə bil deyirlər:
-Hardaydın? Belə də dostluq olar?
-Doğrusu, çoxları kimi mən də bu gözəl quşları sevirəm. Bəzən mən də onlara dən səpirəm. Amma Sizin göyərçinlərə münasibətiniz tamam başqadır.
O gülümsündü, lakin çöhrəsində bir nisgil hiss olundu.
-Bu uzun söhbətdir, danışmağa vaxt lazımdır.
-Mənim vaxtım var, danışsanız, məmuniyyətlə dinləyərəm.
-O vaxt biz kənddə yaşayırdıq. Kəndimiz Kürün sol sahilində yerləşirdi, barlı- bərəkətli kəndimizdə demək olar ki, hər evdə göyərçin saxlanılırdı.
Bizim də göyərçinlərimiz vardı. Hər səhər atam anamla birlikdə göyərçinlərə baş çəkir, onları hindən çıxarır, dən səpir, su verirdilər. İstirahət günlərində atam göyərçinləri uçurur, nəzərimiz göyə zillənir, bəzən qonşuların da göyərçinləri
bizimkilərə qoşulub uçuşurdular.
Uşaqlıqdan bilirdim ki, göyərçinlər sülh quşlarıdırlar. Bu zərif incə, gözəl quşlar
ailəmizin sevinc mənbəyi idi.
Atam elektrik montyoru işləyirdi, anam tibb bacısı idi.
Mən üçüncü sinifdə oxuyanda qırılmış elektrik xəttini bərpa edərkən atamı cərəyan vurmuşdu. Evimizdə müsibət idi. Hamı bizə toplaşmışdı. Anam dəli kimi qışqırır, saçlarını yolur, üz-gözünü cırırdı. Xalalarım, bibilərim nə qədər etsələr də onu

sakitləşdirə bilmirdilər. Atamın dəfnindən sonra anam xəstəliyə düşdü. Özünə qapanıb yemir, içmir, hey ağlayırdı.
Bir dəfə dayım ona acıqlandı:
-Bəsdir, özünü öldürdün, oğlunu düşün, sən ölsən, ona kim baxacaq, o da məhv
olub gedəcək.
Anam özünə çox gec gəldi. O mənə əvvəlkindən daha çox qayğı göstərir, hər gün dərslərimlə maraqlanır, bir sözlə, üstümdə əsim-əsim əsirdi. Bir də ki, əvvəlki kimi göyərçinlərimizin suyuna, dəninə fikir verirdi.
Bir dəfə səhər tezdən anam göyərçinlərin yanında idi, qulağıma onun səsi gəlirdi.
Anam göyərçinlərlə danışırdı:
-Ona deyərsiniz ki, biz yaxşıyıq, bizdən nigaran olmasın. Bir də deyərsiniz ki, Vəfa sənin üçün elə darıxır ki... Deyir, bu saat uça-uça gedərəm onun yanına.
Amma Asifə görə gedəmmirəm. Axı, o hələ körpədir, qanadları bərkiməyib, uça bilmir.
Anam, deyəsən, məni gördü və səsini kəsdi.
Səkkizinci sinfi qurtarmışdım. Yay tətili günlərində anamın dayısı oğlu Səxavət
Kür çayının üstündəki restoranında ona kömək etmək üçün məni yanına apardı.
Buraya axşamlar çoxlu qonaq gəlirdi. Qonaqlar da rayonun məsul işçiləri,
prokurorluğun, polis şöbəsinin əməkdaşları, biznesmenlər idi.
Səxavət dayı bacarıqlı idi, Ticarət texnikumunu qurtarıb bir müddət Bakıda
işləmişdi. Restoran-ticarət işlərini yaxşı bilirdi. Yanına da zirək kənd cavanlarını
toplamışdı. Müştərilər isə gündən-günə çoxalırdı.
İlk baxışda restoranda ofisiantın işi asan görünsə də çətinliklər də olurdu. Yavaş-
yavaş işin incəliklərini öyrənirdim. Səxavət dayı da məndən razılıq edirdi.
Gündəlik haqqımı ödəyir və mən də qazancımı anama verirdim.
Restoran qəribə yerdi... Cəmi bir ay bundan əvvəl müştərilərlə utana-utana
yaxınlaşırdımsa, indi onları gülə-gülə, şirin dillə qarşılayırdım. Artıq qonaqların
çoxu şəxsən mənim onlara qulluq etməyimi istəyirdilər.
Səxavət dayı da bunu hiss edərək mənə daha yaxşı, daha isti münasibət göstərirdi.
Bir gün rayonun vəzifəli şəxslərindən biri Bakıdan gəlmiş dostları ilə restoranda
idi. Belə qonaqlar olanda Səxavət dayı özü nəzarət edir, heç nəyin gözdən
qaçmasını istəmirdi. Qonaqlar üçün nə hazırlanmamışdı... soyuq qəlyanaltılardan
tutmuş quzu, balıq, hinduşka kabablarınadək. Cürbəcür meyvələr, bahalı araqlar,
konyaklar da öz yerində.
Qonaqlar yeyir-içir, gülür, ucadan danışır, zarafatlaşırdılar. Birdən masanın baş
tərəfində oturan qonaq Səxavət dayını yanına çağırdı, qulağına nəsə deyib, əlindəki
pulu onun cibinə qoydu. Səxavət dayı da gülə-gülə “Baş üstə!” dedi və tez
masadan aralanıb əlinin işarəsi ilə məni çağırdı.
-Sənə yüz manat verəcəyəm. On dənə göyərçin tapıb gətir. Qonaqlarımız göyərçin
kababı istəyirlər.

Yüz manat az pul deyildi. Onu qazanmaq üçün azı on gün işləməliyəm.
Göyərçinin biri 2-3 manatdır. Bizim də düz on göyərçinimiz var.
-Yaxşı.
-Kərimlə gedin, amma ləngiməyin.
Həyətimizə daxil olanda evimizin işığı sönmüşdü, yəqin anam yatırdı. Tez hinə
girib bir göz qırpımında quşları tutub özümüzlə gətirdiyimiz iri kisəyə yığdıq.
Qonaqlar Səxavət dayıdan çox razı qaldılar. Göyərçin kababını o qədər təriflədilər
ki...
Gecədən xeyli keçmiş evə gəldim, çarpayıya uzanmağımla yuxuya getməyim bir
oldu. Nə qədər yatdığımı bilmirəm. Anamın səsinə oyandım. O hönkür-hönkür
ağlayırdı.
Tez yerimdən qalxıb geyindim, eşiyə çıxdım. Anam ağlaya-ağlaya:
-Bala, göyərçinlərimiz yoxdu. Sənin gec gəlməyini bilib oğurlayıblar.
Mən guya heç nədən xəbərim yoxmuş kimi:
-Namərdlər, oğrular... Sizi tapıb başa salaram.
Sonra anama yazığım gəlrmiş kimi:
-Ana, ağlama. Yenə göyərçin alaram, saxlayarıq.
Birdən o ağlamağını kəsərək:
-Bala, elə bilirdim ki, sən böyümüsən, ağlın kəsır. Mənə atanın yadigarı olan
göyərçinlər lazımdı, başqa quşları neynirəm.
Elə bil yuxudan ayıldım. Sanki bu an Allahın məni gecəki əməlimə görə peşiman
etdiyini anladım. Nə qədər böyük səhv etdiyimi, günah işlətdiyimi indi başa
düşdüm.
Anam göyərçinlərdən sonra dərdə düşdü, ağır xəstəlik keçirdi. Atam öləndə necə
kədərlənmişdisə indi də ondan az qüssələnmədi. Düzdür, o bir müddət sonra
sağaldı, amma səhhəti əvvəlki olmadı.
İllər keçdi, anam məni evləndirdi. Amma vicdan əzabı məni heç vaxt tərk etmədi.
Nə qədər istəsəm də cürət edib həqiqəti anama deyə bilmədim.
Bir müddətdən sonra işlədiyim restoran bağlandı.
Kənddə münasib iş tapmadığım üçün şəhərə köçdük. Ev kirələdik, işlədim. Yavaş-
yavaş maddi vəziyyətimiz düzəldi. Yeni doğulan oğluma da atamın adını qoyduq.
Vasifin dünyaya gəlişiylə anam sanki dirçəldi, gümrahlaşdı. Evimizin ruzi-
bərəkəti də getdikcə artdı. Bir müddətdən sonra ev də aldım. Anam həm bizimlə,
həm də nəvəsiylə qürurlanırdı.
Amma bir gün çağırılmamış, gözlənilməz qonaq gəldi və anamı apardı.
Həyatın əbədi qanunudur, bir gün gələn bir gün də gedər. Amma ana itkisini heç
bir şeylə müqayisə etmək olmaz.
Deyəsən, Asif kişi tərləmişdi. Cib dəsmalını çxarıb üz-gözünü sildi və söhbətini
davam etdi:
-Anamın qırxı təzə çıxmışdı. Gecə yuxu gördüm. Anam ağ libasda idi. Mənə:

Bala, deyəsən, göyərçinlərə dən verməmisən. Gör nə günə qalıblar... Dən ver
onlara.-dedi.
Hövlank yerimdən qalxdım. Düz üç gecə dalbadal anam eyni libasda, eyni vəziyyətdə yuxuma girdi və hər dəfə göyərçinlərə dən verməyimi tapşırdı. Dördüncü gün bir qədər buğda alıb parka gəldim. Dəni göyərçinlərə səpdim, elə bil yüngülləşdim. Səhəri gün də göyərçinlərlə görüşə gəldim. Beləcə həmin gündən bu quşlarla dostlaşdım.
İndi də onlardan ayrıla bilmirəm. Nə qədər yaşayıram, ayağım yer tutur bu göyərçinləri yemləyəcəyəm.
Bayaqdan oturmuşduq, havanın soyumasından, çiskin yağışın başlamasından indi xəbər tutdum. Sanki sehrlənmişdim. Ayrılmaq vaxtıydı.

12.10.2024.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar