Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çiy və çürük ət yeyib, qan içən neneçlər — Onların maraqlı həyat tərzi

Tarix: 15-02-2020 22:05     Baxış: 4365 A- / A+
Çiy və çürük ət yeyib, qan içən neneçlər — Onların maraqlı həyat tərzi


Keçmiş SSRİ-nin və hazırda Rusiyanın şimalında yaşayan modern və müasir həyat tərzini rədd edən azsaylı xalqlar haqqında..


Manevr.az xəbər verir ki, ölkə.az müasir həyat tərzini rədd edib, insanlardan qaçaraq qalıq tayqa meşələrinin dərinliklərində gizlənən, qan dondurucu Tundurada Arktik bölgədə, qışda, hətta şaxtanın mənfi 70 dərəcəyə düşdüyü ərazilərdə ən çətin həyat şərtləri altında yaşayan neneçlərdən söz açır.

Nəsli tükənmək təhlükəsi altında olan neneçlərin maraqlı həyat tərzi müasir dünyamızda maraqla qarşılanır. Biz hələ də müasir həyat tərzini rədd edib, inteqrasiya olunub şəhərlərdə yaşamaqdan qaçmağa çalışan xalqlara, kiçik etnik qruplara rast gəlirik. Bunlardan biri də Rusiyanın Arktik ərazisində yaşayan neneçlərdir. Onlar insanların məskunlaşdığı şəhərlərdən uzaq yaşamağı üstün tuturlar. Rusiyanın Arktik bölgəsində neneçlərlə yanaşı xantılar, evençlər, taymırlar da insanların kompakt yaşadığı qəsəbələrdə, şəhərlərdən uzaqda tayqanın dərinliklərində yaşamağa üstünlük verirlər. Düzdür, artıq onların da müəyyən qismi tədricən urbanlaşmaya məruz qalıb və böyük qəsəbə və şəhərlərdə digər insanlarla birgə yaşama üstünlük verməyə başlayıblar. Lakin onlardan hələ də öz adət-ənənələrinə sadiq qalaraq, əvvəlki həyat tərzini sürənlər də var.

Saylaırnın 45 minə yaxın olmasına baxmayaraq geniş bir əraziyə yayılıblar. Onlar əsasən Yamalı-Neneçk, Xanti-Mantiysk muxtar dairəsində, Arxangelsk, Murmansk, Tümen vilayətlərində Xantı-Mantiysk , Taymır, Krosnoyarskdiyarında, Komi Respublikasında yaşayırlar. Onu da qeyd edək ki, sayının 45 min olmasına baxmayaraq neneçlər Rusiyanın şimalında yaşayan azsaylı xalqlar içərisində ən çox saylı xalq hesab olunur.

Neneç dili

Neneçlər iki qrupa bölünür-Tundrada və meşədə yaşayanlara. Meşədə yaşayan neneşlərin sayı 1500 nəfərdir.

Danışıq dilinə gəldikdə-neneç dili samodey dil qrupu olan Ural dil qrupuna aid edilir. Neneçlər sayca az olsa da onların danışıq dili iki qrupa ayrılır. Tundra və meşə dialektinə. Belə ki, Tundrada yaşayanlarla meşədə yaşayan neneçlər fərqli dialektdə danışırlar və bir çox hallarda bir-birini başa düşmürlər.

Din və inancları

Neneçlərin dini etiqad baxımıdnan animizmdir. Belə ki, bu inanca əsasən dünya ruh, dəniz və çaylarla əhatə olunub. Ruhların da sahibi var. Neneçlərə görə ruhlar iki qrupa bölünür –yaxşı və pis ruha...

Dünya üç qatdan ibarətdir. Yuxarı, orta və aşağı qat.

Yerin üstü hesab edilən Yuxarı qat 7 təbəqədən ibarətdir . Bu qatda Numa adlı kainatın yaradıcısı yaşayır. O fəsillərin dəyişməsini, külək, yağış, boran, isti,soyuğu idarə edir.

Neneçlər hesab edir ki, Numanın ailəsi və oğulları var.

Neneçlər hər il yüksək bir təpəyə qalxaraq kainatın yaradıcı hesab etdikləri Numaya ağ maral qurban verirlər. Maralın ətini yeyib, başını buynuzu ilə birlikdə bir dirəyə keçirib şərq istiqamətinə qoyurlar.

Orta qat hesab edilən yerdə insanlar və müxtəlif ruhlar yaşayır. Neneçlərin düşüncəsinə görə, dünya düzdür və dənizlər, çaylarla əhatə olunub. Orta qatda isə iki hökmdar yaşayır. Bunlar günahkar Parnı-Ne və parlaq ruhlu müqəddəs yer anası Ya-Nebyadır.

Yerin altı isə aşağı qat hesab olunur və burada 7 təbəqəyə bölünür. Neneçlərin etiqadına əsasən Aşağı qatda pis ruhlar və alt dünyanın ağası Nqa yaşayır.İnsanlar öldükdən sonra onların ruhu Nqaya keçir.

Qidalanma

Neneçlərin ən çox istifadə etdiyi qida Maral ətidir. Bundan əlavə olaraq onlar mal, donuz əti, balıq və digər çay və dəniz heyvanları ilə də qidalanırlar.

Neneçlər əksər hallarda əti çiy halda yeyib, qanlarını içirlər. Onlar əsasən maralın ürək, bağırsağın müəyyən hissələrini, böyrək, ciyərini ciy halda yeyib, maral qanını içirlər. Maral ətinin tərkibində B2 və C vitamini çox olduğundan bunu faydalı bilib çiy halda yeyirlər. Ona görə də neneçlər heç vaxt əsəb xəsətliyinə (çinqoy) yoluxmurlar.

Cavan maralın buynuzu isə neneçlər üçün delikates hesab olunur.

Neneçlər çürümüş formada ətdən də istifadə edirlər. Bununla belə onlar ətdən müxtəlif formada bişirlimiş, hisə verilmiş formada yeməklər də bişirirlər.

İçkiləri çay, kompot və btikilərdən hazırlnamış xüsusi içkilərdir.

Xarakter

Neneçlər xaraktercə sakit və ciddidirlər. Onların xoşuna gəlməyən suallara sərt reaksiya ilə cavab verirlər. Özlərinə xas daxili aləmləri var və buna uyğun yaşam tərzi sürürlər. Ona görə də meqapolsidən uzaq yaşamağı üstün tuturlar.

Geyimləri

Neneçlərin geyim tərzi yaşadıqları iqlim şəraitinə uyğun olaraq əsasən xəzdərili heyvanlardan hazırlanmış geyim formalarıdır. Bu geyimlər özlərinə məxsus milli ornamentlərlə bəzədilir.

Həyat tərzi və mədəniyyət

Neneçlər əsasən heyvandarlıq, xüsusən də maral saxlamaqla məşğuldurlar. Hazırda Yamalada yaşayan neneçlərin 500 min maralı var.

Qadınlar kişilərə təsərrüfatda kömək etməklə yanaşı, maral və digər xəzdərili heyvanların dərisindən müxtəlif geyimlər, bəzək əşyları hazırlayırlar. Bununla yanaşı maral ətindən və südündən müxtəlif qidalar bişirirlər.

Neneçlər əzəldən çum deyilən alaçıqlarda yaşayırlar. Bu alaçıqlar onlar üçün təkcə ev deyil, həm də dünyanın bir miniatür modelidir. Alaçıq qurulan zaman istifadə olunan dirəklər və onların yerləşdirilmə forması Yer kürəsini xatırladır. Daha böyük alaçıq onun sahibinin daha imkanlı olması anlamına gəlir.

Alaçığın ortasına yemək bişirmək və qızınmaq üçün soba qurulur. Neneçlər mebel kimi ancaq stoldan istifadə edirlər. Çarpayı kimi isə böyük taxta löhvələrin üzərinə maral xəzini sərərək ondan yataq kimi istifadə edirlər.

Neneçlərin düşüncəsinə görə, maral xoşbəxtlik rəmzidir. Ona görə də, neneçdən neçə baş maralın olmasını soruşmaq yaxşı əlamət sayılmır. Hər neneç öz yaşadığı alaçıqda bir neçə maral saxlayır. Alaçıqdakı heyvan eyni zamanda uşaqlarının dayəsi hesab olunur. Hətta neneçlərin müqəddəs maralları da olur. Onlar həmin maralın buynuzuna qırmızı lent bağalıyıb, Günəşin rəmzi olan əşyalarla bəzəyirlər. Ənənəyə görə həmin müqəddəs maralın əti yeyilmir.

Neneçlərə görə yeməyə gülmək olmaz. Yemək zamanı əgər əlindən tikə düşdüsə deməli ölən yaxının da yemək istəyir. Ona görə də həmin tikə ocağın yanına qoyulur.

Alaçağın dirəyinə və dairəsinə ancaq qadınlar toxuna bilər.

Ocaq qalayanda qadınlar alovla danışır. Onlar ocağa odun atəşinin, tüstüsünün, odunun yanmasının ilahi gücündən danışırlar. Alaçığın girişindən başqa hər yeri qadının himayəsi alıtındadır. İçəri girən kişi çöl paltarını çıxarır və içəridə istifadə olunan paltar və ayaqqabını geyinir.

Çiy və çürük ət yeyib, qan içən neneçlər — Onların maraqlı həyat tərzi
Çiy və çürük ət yeyib, qan içən neneçlər — Onların maraqlı həyat tərzi
Çiy və çürük ət yeyib, qan içən neneçlər — Onların maraqlı həyat tərzi
Çiy və çürük ət yeyib, qan içən neneçlər — Onların maraqlı həyat tərzi
Çiy və çürük ət yeyib, qan içən neneçlər — Onların maraqlı həyat tərzi
Çiy və çürük ət yeyib, qan içən neneçlər — Onların maraqlı həyat tərzi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar