Sizin Reklam Burada
Xəbər lenti
28-01-2025
27-01-2025
BÜTÜN XƏBƏRLƏR

SSRİ çətənə istehsalından necə gəlir götürürdü

Tarix: 31-10-2019 20:17     Baxış: 3211 A- / A+
SSRİ çətənə istehsalından necə gəlir götürürdü

Rusiya imperiyası bir vaxtlar bütün Avropanı çətənə ilə təmin edirdi.

Hər il köhnə qitəyə 40 ton çətənə göndərilirdi. Amma o vaxt bu bitki hələ narkotik vasitə sayılmırdı. Çətənə lifinə çox ehtiyac vardı.

Manevr.az xəbər verir ki, sonradan SSRİ də çətənə istehsalından böyük gəlir götürməyə başladı. Hər yerdə bunun təbliğatı gedirdi. Çətənə istehsalında qabaqcıllara Sosialist Əməyi Qəhrəmanı adı verilirdi. İstehsalın coğrafiyası Sibirə qədər uzanmışdı.

Çətənənin tarixi çox uzağa gedib çıxır. Hələ qədim Çində bundan kağız hazırlanırdı. Alman tipoqraf İohann Qutenberq “İncil”i çətənə kağızından nəşr etdirmişdi. “Levi's” cinsləri çətənə lifi sayəsində istehsal edilirdi. Hətta Van Qoq və Rembrandt kimi dahi rəssamlar bu bitkidən düzəldilən parçaların üzərində şedevr yaradırdı.

SSRİ-də də böyük həvəsə düşmüşdülər. Liderlik Belarus və Ukraynada idi. Sonradan çətənə yarışına Qazaxıstan, Qırğızıstan və Şimali Qafqaz da qoşuldu. İşləri 1960-cı ilin axırlarında çətənənin narkotik vasitə sayılması korladı. Bir il sonra BMT-də bununla bağlı vahid konvensiya qəbul edildi. SSRİ-də çətənə az gözə dəyməyə başladı. İstehsal kəskin aşağı düşdü. Ayrı-ayrı həyətyanı sahədə adamların çətənə yetişdirilməsinin qarşısı alındı. Beləcə, SSRİ böyük gəlirlərdən məhrum oldu.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar