Xəbər lenti
26 il heç bir qadına toxunmayan şair - Yazarların gizli həyatından
Tomas Eliot 1888-ci ildə Missuri ştatında 7 uşaqlı ailədə sonbeşik kimi doğulmuşdu. Valideynlərinin hər iki xəttində Amerika tarixinə iz qoymuş şəxsiyyətlər vardı. Atası Henri Uer Eliot varlı sənayeçi idi. Anası Şarlotta Sternz isə bədii bioqrafiyalar müəllifi kimi tanınmışdı. O, 3 amerikan başçısının soyundan gəlirdi.
Ciddi görkəmindən bank işçisinə bənzəyən Tomas Eliot əslində zarafatcıl və şən bir adam idi. Həqiqətən bankda işləmişdi. 8 il Londonda bank masası arxasında oturmuşdu. Bir tərəfdən də 20-ci əsr poeziyasında fərqli cığır acmışdı.
Heç bir yazıçı ümidsizliyin dərinliklərinə Eiot qədər incəliklə toxunmayıb. Şair 26 yaşına kimi bakir qalmış, heç bir qadınla yaşamamışdı. Nəhayət, Vivien Vudla tanış olur, amma bu tanışlıq fəlakətlə nəticələnir. Vivien Eliotu cansıxıcı və qaradinməz adam kimi qiymətləndirirdi, amma ikilikdə çox yaxşı yola gedirdilər. Eliot özü isə münasibətlərini ‘‘Quraq ölkə‘‘ əsərində dediyi ‘‘ruh halı‘‘ kimi qiymətləndirirdi. Onlar 17 il idi birlikdə yaşayırdılar.
Eliot 1933-cü ildə Vivieni tərk edir. Ayrılığın iztirabları Vivienin ağlını əlindən alır. Həyatının 9 ilini psixoloji xəstəxanada keçirir. Eliot isə onu bircə dəfə də ziyarət etmir. O, həyatının ikinci baharını keçmiş katibəsi Esme Valeri Fletçerin qolları arasında tapdı.
Eliot 1948-ci ildə ‘‘Nobel‘‘ mükafatına layiq görüldü. Sağlamlığına çox həssas və vasvası yanaşan Eliot hətta ayağında yaranmış kiçicik göbələk xəstəliyinə görə də xəstəxanada yatardı.
Çox qəriədir ki, o, siqaret vərdişindən yaranan ‘‘amfizem‘‘ xəstəliyinə tutulur. Bu xəstəlik onun həyatına 1965-ci ildə son qoyur.
Tomas Eliot onu ziyarətə gələn yazıçı dostlarına qəribə zarafatlar edər, sonra da gizlənib dostlarının reaksiyasını izləyərdi. Ən sevdiyi zarafat isə partlayan siqaretlərlə bağlıydı. Britaniyanın çox ciddi nəşriyyat evlərinin birində idarə heyətini bir-birinə qatmışdı.
1948-ci ildə ‘‘Nobel‘‘ mükafatını almaq üçün Stokolma səfərə çıxan Eliot cahil bir jurnalisti müsahibə üçün qəbul edir. Jurnalist hansı yazılarına görə mükafat aldığını soruşanda Eliot cavab verir ki, “bütün küllüyatına görə”. Jurnalist yenə soruşur ki, əsər nə zaman çap olunub?
Eliot isə cavabında deyir, entire corpus (bütün küllüyat‘‘corpus‘‘ sözünün anlamı cəsəd mənasına gəlir.) Yazacağı ilk cinayət romanı üçün yaxşı ad seçimi olduğunu bildirərək jurnalisti ələ salır.
Eliot həm də qumar oyunlarını çox sevirdi, amma oyunlara çox pul qoymurdu.
Tomas Eliot İngiltərə və Fransanın ali ordenləri ilə təltif olunmuş, “Höte” mükafatına layiq görülmüşdü. O, ABŞ və Avropanın 16 universitetindən fəxri doktorluq mantiyası almışdı. Həyatının son yarım əsrini Britaniyada yaşasa da, ABŞ-la əlaqələrini heç vaxt kəsməmişdi. O, hər il doğulduğu ölkəyə gedir, dostları və yaxınları ilə görüşür, universitet və elmi cəmiyyətlərdə çıxışlar edirdi.
"Bəhərsiz torpaq" (1922) poeması ilə janrın hüdudlarını genişləndirən Tomas Eliot 40-cı illərdə poemanın bir sıra klassik nümunələrini yaratmışdı. Tənqidçilərin yetkin əsərlər hesab etdikləri "İst Koker" (1940), "Byornt Norton" (1941), "Balaca Giddinq" (1942), "Dörd kvartet" (1943) və sair poemaların hər biri müəllifin tarix, zaman, şəxsiyyət və mənəviyyatla bağlı düşüncələri üzərində qurulmuşdur. Xüsusi ilə "Dörd kvartet" poemasının çapından sonra Eliot həyatda olan ən məşhur ingilisdilli şair kimi qəbul edilmişdi./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar