Xəbər lenti
Çox tərləmək xərçəngin göstəricisi ola bilər ... – DİQQƏTLİ OLUN
Kimiləri üçün tərləmək adi hal olsa da bəziləri üçün tərləmək kabusa oxşayır.
Bu insanlarda narahatlığa, komplekslərə səbəb olur. Amma həddindən artıq tərləməyin də öz səbəbləri və çarəsi var.
Ailem.az bununla bağlı həkim Ayşegül NAVDAR-ın məsləhətlərini diqqətinizə çatdırır: Tərləmə insan vücududnun soyutma sistemidir. Bu vasitə ilə orqanizmin istiliyini sabit tutmağa köməkçi olan fizioloji bir prosesdir. Bədənimizdə təxminən 2-3 milyon tər vəzi var. Tərləmə metabolizmanın təbii bir funksiyasıdır. Həmçinin orqanizmimiz üçün iki əhəmiyyətli funksiyası var. Dərini nəmləndirir və orqanizmin təmizlənməsinə kömək edir. Nə qədər tərlədiyimiz isə daha çox sahib olduğumuz tər vəzilərinin sayı ilə bağlıdır.
Bir insan 2 ilə 4 milyon arasında dəyişən sayda tər vəzi ilə doğulur. Bu tər vəzləri ərgənlik dönəmində tamamən aktiv hala gəlir. Qadınlarda tər vəzləri çox olsa da kişilərdə bu vəzlər daha aktivdir”.
Həkim bildirir ki, tərləmənin müxtəlif səbəbləri var: “ İsti hava, həddindən artıq nəm, qalın ya da səhv geyim, sintetik paltarlar, idman etmək, fiziki anlamda yorulmaq. Bundan əlavə siqaret, alkoqollu içkilər, acılı yeməklər, qəhvə, çay kimi isti içkilər, stress, həyəcan da çox tərləməyə səbəb olur”.
“Tərləmənin orqanizm üçün vacib bir hal olduğunu söyləsək də bildirməliyik ki, əgər həddindən artıq tərləmə müşahidə edilirsə bu müxtəlif xəstəliklərin göstəricisi ola bilər.
Çox tərləmənin əsl səbəbi hiperhidrozdur. Ancaq çox tərləmənin də fərqli səbəbləri var. Birinci növ hiperhidrozda xüsusilə genetik faktorlar ön plandadır. Səbəbi isə tər vəzlərinin normadan 4-5 qat artıq işləməsidir. İkinci növ hiperhidrozda isə çox tərləmə başqa xəstəliklərə işarədir. Bu xəstəliklər, alkoqol ya da uyuşdurucu maddə baxımlılığı, ağciyər xəstəlikləri, diabet, aşağı qan şəkəri, troid vəzin çox çalışması, menopoz, bəzi xərçəng növləridir. Bundan əlavə ürək xəstəlikləri, qızdırma və infeksiyalar, vərəm hallarında da çox tərləməyə rast gəlinir” –deyə o məlumat verib.
Çox tərləmənin nə zaman ciddi bir təhlükəyə dönməsi ilə bağlı danışan həkim söyləyib ki, şəxsdə yüksək qızdırma, sinədə ağrı, nəbzdə sürət, təngnəfəslik, birdən-birə
arıqlama varsa bu təhlükədən xəbər verir: “Ciddi tərləmə pozuntuları cərrahi üsulla normallaşdırıla bilər. Bu cərrahi əməliyyat bir sinə cərrahı tərəfindən narkoz vasitəsi ilə həyata keçirilə bilər. Bundan əlavə bəzi dezodorantlarla, anti tərləmə dərmanları, botoks tətbiqi şəklində müvəqqəti olaraq çox tərləmənin qarşısını almaq olar.
Botoks tətbiqində qoltuq altı, ovuc içi və ya pəncəyə olduqca kiçik iynələrlə müdaxilə edilir. Bu sayədə tər vəzlərində müsbət təsir göstərir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar