Xəbər lenti
Alimlər 14 saatlıq aclığın sağlamlıq üçün faydalı olduğunu sübut etdilər

Fasiləli aclığın tərəfdarları adətən qida qəbulunu altısaatlıq intervalla məhdudlaşdırmağı məsləhət görürlər. Bu o deməkdir ki, əgər ilk qida qəbulu səhər doqquzda olubsa, sonuncu yemək qəbulu günorta üçdə olmalıdır. Bununla belə, yeni məlumatlar göstərir ki, sağlamlığa müsbət təsir onsaatlıq fasilə zamanı da baş verir və 18 saat deyil, yalnız 14 saat ac qalmaq olar.
Tədqiqatda 38 min insan iştirak edib. Onlardan ilk həftə həmişəki kimi qidalanmaq, sonra isə iki həftə ərzində onsaatlıq yemək intervalına riayət etmələri tələb olunub. Vaxt məhdudiyyəti ilə qidalanan, lakin bunu hər gün etməyənlərin, rejimə müntəzəm riayət edənlərlə müqayisədə sağlamlıq baxımından daha az fayda qazandıqları müəyyən edilib. Ən çox fayda əldə edənlər təcrübədən əvvəl daha uzun qidalanma intervalı tətbiq edənlər olublar.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında İllinoys Universitetinin (ABŞ) tədqiqatçıları müəyyən ediblər ki, fasiləli aclıq 2-ci tip diabetdən əziyyət çəkən insanlara arıqlamağa və qanda qlükoza səviyyəsinə nəzarət etməyə kömək edir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar