Xəbər lenti
İDRAK liseyi daha bir ilkə imza atıb : tədrisdə virtual laborator proqramlardan istifadə edilməyə başlanıb
İDRAK liseyi: “Ağıllı lövhə”nin elektron bazası dərs məhdudiyyətini aradan qaldırır.
Liseydə tədris prosesində dərs vəsaiti kimi interaktiv lövhə və müxtəlif fənlərin tədrisində virtual laborator proqramlardan istifadə edilməyə başlanıb.
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu günlərdə Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi” - Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr” mövzusunda təqdimat mərasimi keçirilib. Təqdimat İDRAK liseyində tətbiq edilən "Media dərslərin" tətbiqinə həsr olunub.
Əvvəlcə qonaqlar Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra İDRAK liseyinin tanıtım filmi nümayış olunub.
Layihənin müəllifi, İDRAK liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov tədris ocağı barədə məlumat verib. Bildirib ki, bu gün elektron-məktəb proqramı ilə işləyən tədris ocağı ölkədə ən müasir təlim bazasına: müasir məktəb binasına, ən müasir avadanlıqlarla təchiz olunmuş sinif və laboratoriyalara, lazımi sosial fəaliyyət məkanına sahibdir. Pedaqoji kadrları peşəkar müəllim və tərbiyəçilərdən ibarət olan liseydə şagirdlərə yüksək səviyyədə təlim və tərbiyə verilir, şagirdlər tələb olunan hər cür məişət, ictimai, mədəni, kommunal xidmətlərlə təmin edilirlər. İDRAK liseyi ölkəmizdə öz məzunları ilə 100 faiz nəticə göstərən yeganə liseydi. Liseyi son dörd ildə bitirən məzunlarımızın hamısı 100 faizlik nəticə göstərərək, dövlət hesabına ödənişsiz təhsil alırlar. Onların təxminən 40 faizi ölkədən kənarda təhsil alır.
Layihə barədə geniş məlumat verən M.Alışov qeyd edib ki, bütün dövrlərdə öyrədənlə (müəllim) öyrənənlər (şagirdlər) arasında öyrənmə prosesini səmərəli, keyfiyyətli təşkil etmək, tədris materialının şagirdlərin yaddaşında uzun müddət qalmasına çalışmaq və onların təfəkkürünü fəallaşdırmaq, idrak fəaliyyətini təmin etmək məktəbin əsas vəzifəsi olub. O, uzun illər elmi-praktik fəaliyyəti dövründə hazırlayıb reallaşdırdığı bu layihənin liseydə yeni təlim texnologiyalarının, kompüter, “ağıllı lövhə”, internet və digər multimedia vasitələrinin, rəngli və animasiyalı təqdimatların tədris prosesinə tətbiqinin nə dərəcədə faydalı və səmərəli olması haqqında danışıb. Qeyd edib ki, bütün fənlər üzrə “ağıllı lövhə” vasitəsilə elektron dərs bazası yaradılır, “45 dəqiqəlik dərs” məhdudiyyəti aradan qaldırılır. Yəni, liseydə dərs zamanı təqdim olunan yeni dərs mövzularının izahı lövhənin yaddaşına yazılır. Belə ki, bir akademik saat ərzində (45 dəqiqə müddətində) izahı dərindən mənimsəməyə imkan tapmayan şagird istənilən vaxt, istənilən yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət edib, dərsin izahını təkrar izləyə bilər. Bu proses şagirdlər üçün çox böyük imkanlar açır. Hər hansı bir səbəbdən məktəbə gələ bilməyən şagirdlər də bu yolla tədris materialını mənimsəmək imkanı qazanırlar.
Layihə rəhbərinin fikrincə, elektron lövhənin daha bir üstünlüyü ondadır ki, müəllimlər də istənilən vaxt dərslərin keyfiyyətini artırmaq məqsədilə yaddaşdakı tədris resursları ilə, animasiyalar, videomateriallar vasitəsilə tədris materialını zənginləşdirə bilərlər. Göründüyü kimi, həm öyrədənlər, həm də öyrənənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır.
M.Alışov daha bir məqama diqqət çəkərək bildirib ki, lövhələrin bu şəkildə istifadəsi həm də növbəti illərdə tətbiq olunması nəzərdə tutulan distant (məsafədən) təhsilin inkişafı yolunda atılan bir addımdır. Bütün bunlar İDRAK liseyində təhsilin yeni bir pilləsini formalaşdırmağa imkan verir.
Direktor özəl təhsilin inkişafına münbit şərait yaratdığına, ölkədə sahibkarlığın inkişafına yüksək qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Tədbirdə liseyin müəllimləri elektron lövhələrdə biologiya, riyaziyyat, fizika, kimya fənləri üzrə Azərbaycan və rus dillərində “media dərs” nümunələri təqdim ediblər.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, təhsil eksperti, professor Şahlar Əsgərov, professor Əjdər Ağayev çıxış edərək tədrisin keyfiyyətinin artırılmasında, şagirdlərin bilik bazasının möhkəmləndirilməsində və onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müxtəlif biliklərə yiyələnməsində bu cür layihələrin əhəmiyyətini vurğulayıblar.
Sonda layihənin həyata keçirilməsində əməyi olanlara İDRAK liseyi tərəfindən diplom və mükafatlar təqdim olunub. Şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar