Xəbər lenti
Misir fironları türk olub? - MARAQLI FAKTLAR - FOTOLAR
Almaniya və İsveçdən olan elm adamları qədim Misir mumyalarının genetikasını araşdırıb. Alimlərin fikrincə, misirlilərin əksəriyyəti türklər olub.
Maks ("Max Planck Institute for the Science of Human History") və Tyubinqen ("University of Tuebingen") universitetindən olan alman alimlər 90-dan çox Misir mumiyasının genetikasını tətqiq edib. Genlər təxminən 1500 və 3500 il əvvələ aid olan mumyaların qalıq sümüklərindən götürülüb.
Alimlərin gəldiyi son nəticələrə görə, misirlilər heç də afrikalı olmayıb. Onların bəziləri türk, bir qismi isə İsrail, İordaniya, Suriya, Livan,Gürcüstan, Abxaziya və bir sıra başqa Avropa ölkələrindən gəlmələr olub.
Daha əvvəl Sürixdə yerləşən İGENEA- genealoji araşdırma mərkəzində aparılan araşdırmalarda sadəcə bir mumiyanın genetik nümunələri üzərində təhlillər aparılıb. Bu nümunələrin isə Misir fironu Tutanxamonun qalıqlarından götürüldüyü deyilib. Alimlər nümunələrin istifadəyə yararlı olması üçün sol çiyin və sağ ayaq sümüklərindən alınan dezoksiribinuklein turşusunu incələyiblər.
IGENEA mütəxəssisləri fironun oğlunun genləri ilə müasir avropalı insanların genlərini müqayisə ediblər. Nəticədə, onlardan bir çoxu Tutanxamona qohum çıxıb. Orta hesabla Avropalı kişilərin əksəriyyəti "Tutanxamonlardı".
Böyük Britaniya, İspaniya və Fransada kişilərin 60-70%-nin genetikası Tutanxamonun genetikası ilə uyğunluq təşkil edir.
Fironun və onun qohumlarından alınan genetik nümunələrdən ibarət xüsusi "R1b1a2" adlı qrup yaradılıb.
Alimlər vurğulayırlar ki, avropalı kişilərdə rast gəlinən genetik uyğunluq misirlilərdə nadir hallarda rast gəlinib. Avropalılarda Tutanxamonun genetik daşıyıcıları faiz etibarı ilə üstünlük təşkil edir.
İGENEA genealoji araşdırma mərkəzinin direktoru Roman Şols deyib ki, Tutanxamonun genetik cəhətdən avropalı olması inanılmazdı.
İsveç və alman alimlərinin apardığı tədqiqatlar müasir misirlilərin qədim fironların nəsilləri ilə heç bir əlaqəsinin olmadığını təsdiq etdi. Fironların özləri belə avropalılardan ibarət olubsa, burada Misir cəmiyyətinin xüsusiyyətlərindən söhbət gedə bilməz.
Roman Şolsun sözlərinə görə, misir fironlarının və avropalıların ümumi əcdadı təxminən 9500 il əvvəl Qafqazda yaşayıb: "Güman edilir ki, firon nəsli 7 min il əvvəl birbaşa Avropaya gəlib. Belə görünür ki,Tutanxamonun ulu babasının babası da özü kimi qafqazlı olub".
Tyubinqen universitetinin paleoqenetiki olan Yoxannes Krauze "Nature Communications" jurnalına veridyi müsahibəsində bildirib ki, 151 mumiyadan üçü üzərində aparılan tədqiqatlardan biri inanılmaz dərəcədə dəqiq nəticələr göstərib. Uzun illər keçməsinə baxmayaraq, onların dezoksiribinuklein turşusu yaxşı halda qalıb. Misirin isti hava iqliminə, dəfn olunan zaman cəsədin mumiyalanmasında istifadə olunan kimyəvi maddələrə baxmayaraq ,dezoksiribinuklein turşusu keyfiyyətini dəyişməyib.
Hüceyrədəki DNT ardıcıllıqlarının toplusunun bərp edilməsi gözlənilir. Gələcəkdə klonlaşdırılma üsulu ilə bir gün yenidən həyata qayıtmaq niyyəti ilə mumiyalanan misirlilərin dirilməsi gözlənilir./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar