Xəbər lenti
Ərdoğan Putinə zəng etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Manevr.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə–Rusiya ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan görüş zamanı Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan işlərin əhəmiyyətini vurğulayıb.
Türkiyə lideri Rusiyanın Ukrayna ilə birbaşa təmaslarının başlamasına yönəlmiş səylərə töhfə verməyə hər zaman hazır olduqlarını bildirib. O, problemin həllinə yönəlmiş diplomatik təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib.
Ərdoğan, həmçinin Vladimir Putini doğum günü münasibətilə təbrik edib və onun partiyasının Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə əldə etdiyi uğur münasibətilə təbriklərini çatdırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























