Sizin Reklam Burada
Xəbər lenti
06-10-2026
05-10-2026
BÜTÜN XƏBƏRLƏR

1870 tələbə ödənişsiz təhsil alacaq - RƏSMİ

Tarix: 06-10-2026 16:13     Baxış: 332 A- / A+

1870 tələbə pulsuz təhsil almaq hüququ qazandı

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqə haqqında məlumat yayıb.
Manevr.az xəbər verir ki, DİM-in məlumatına görə, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.
Bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar