Xəbər lenti
Ermənistan parlamentində dava düşdü - VİDEO

Ermənistan parlamentində iclas zamanı deputatlar arasında əlbəyaxa dava baş verib.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə parlamentin spikeri Ruben Rubinyanın müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının üzvü Edqar Kazaryanın çıxışını yarımçıq kəsməsindən sonra başlayıb.
Kazaryan parlament rəhbərini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edib. Rubinyan isə deputatın çıxışının gündəliyə uyğun olmadığını bildirərək, ona danışmağa davam etməyə imkan verməyib.
Qısa mübahisədən sonra Kazaryan tribunadan uzaqlaşaraq yerinə əyləşib. Bu zaman hakim partiyanın deputatı Vahe Qalumyanın onun yanına yaxınlaşdığı və məsələyə aydınlıq gətirmək istədiyi bildirilib.
Lakin Kazaryanın fraksiya yoldaşı Vaxinak Vartanov Qalumyanın qarşısını kəsib. Ardınca iki fraksiyanın katibləri arasında da mübahisə yaranıb.
Gərginliyin artması nəticəsində deputatlar arasında əlbəyaxa dava başlayıb və qarşıdurmaya digər parlament üzvləri də qoşulub.
Bundan sonra parlamentin spikeri Ruben Rubinyan iclasa fasilə elan edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























