Sizin Reklam Burada
Xəbər lenti
04-10-2026
03-10-2026
BÜTÜN XƏBƏRLƏR

İlin sonunadək Ağdamın iki kəndinə 705 ailə köçürüləcək - RƏSMİ

Tarix: 05-10-2026 14:11     Baxış: 323 A- / A+

İlin sonunadək Ağdamın iki kəndinə 705 ailə köçürüləcək - RƏSMİ

Bu ilin sonunadək Ağdam rayonunda məskunlaşan ailələrin sayının 5 minə, əhalinin sayının isə 21 minə çatdırılması planlaşdırılır.
Manevr.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalında deyib.
Onun sözlərinə görə, hazırda Ağdam rayonunda 2 mindən çox ailə, ümumilikdə 8 mindən çox insan yaşayır. Ailələrin 932-si Ağdam şəhərində, 1110-u isə Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində məskunlaşıb.
Emin Hüseynov bildirib ki, ilin sonunadək nəzərdə tutulan köç Ağdam şəhərində tikilən dördüncü və beşinci yaşayış komplekslərinin istifadəyə verilməsi, həmçinin Eyvazlı və Baş Qərvənd kəndlərində aparılan tikinti işləri hesabına həyata keçiriləcək.
Eyvazlı kəndində nəzərdə tutulan 450 evdən 150-sinə ilin sonunadək 150 ailənin köçürülməsi planlaşdırılır. Baş Qərvənd kəndində isə ümumilikdə 851 evdən 555-nin hazır olması və həmin evlərə 555 ailənin köçürülməsi nəzərdə tutulur.
Xüsusi nümayəndə qeyd edib ki, qayıdış prosesi gələn il də davam edəcək. Onun sözlərinə görə, 2027–2030-cu illəri əhatə edəcək ikinci dövlət proqramı çərçivəsində Ağdam rayonuna əlavə 30–40 min insanın köçürülməsi hədəflənir.
Emin Hüseynov festivalın Ağdamda keçirilməsini Böyük Qayıdışın mühüm rəmzlərindən biri kimi qiymətləndirib. O, rayonda yaşayış komplekslərinin tikintisi və kəndlərdə bərpa-quruculuq işlərinin davam etdiyini vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar