Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Prezident maaş artımı ilə bağlı göstəriş verdi

Tarix: 03-10-2026 17:46     Baxış: 329 A- / A+
Prezidentdən maaş artımı ilə bağlı GÖSTƏRİŞPrezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib.
Manevr.az xəbər verir ki, bunu iqtisadçı alim, deputat Vüqar Bayramov Feysbuk hesabında qeyd edib.
O bildirib ki, minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək:
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da Prezident sərəncamına uyğunlaşdırılacaq və artırılacaq. Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artırılacaq. Minimum əmək haqqı artırıldıqdan sonra sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqları artacaq.
Əmək haqqı artımlarının neçə faiz olacağına gəldikdə isə vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Aylıq tarif maaşları 400 manat ilə 1150 manat arasında dəyişir.
Hazırda ilk pillə üzrə əmək haqqı 400 manatdır. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1150 manatdır. Minimum əmək haqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.
Deputat qeyd edib ki, müəllim və həkimlərin maaşları məsələsinə gəldikdə isə hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarında artımlar olacaq:
“Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əmək haqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqlar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. Minimum əmək haqqı artırıldıqdan sonra VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar