Sizin Reklam Burada
Xəbər lenti
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək

Tarix: 03-10-2026 12:33     Baxış: 325 A- / A+

Avqustun sonunda Rusiyanın Şimal Dənizi üzrə “Rosselxoznadzor” idarəsinin əməkdaşları Murmansk şəhərində meyvə-tərəvəz satılan anbarlarda yoxlama aparıblar.
Manevr.az lent.az-a istinada xəbər verir ki, yoxlama zamanı Azərbaycandan gətirilmiş pomidor partiyasında sarı-qırmızı mozaik naxışların, nekrotik ləkələr və deformasiyaların aşkarlandığı iddia olunur.
Mütəxəssislər bunun pepino mozaika virusuna yoluxma əlamətləri ola biləcəyini bildiriblər.
Laboratoriya müayinələrinin nəticələri pomidorların həqiqətən də virusa yoluxduğunu təsdiqləyib. Həmçinin müəyyən edilib ki, məhsullar digər mallardan təcrid olunmuş şəkildə saxlanılmayıb və yoluxma əlamətlərinin aşkarlanması barədə aidiyyəti quruma məlumat verilməyib.
Sahibkara pozuntuların aradan qaldırılması ilə bağlı göstəriş verilib. Hazırda onun inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılır.
Virusa yoluxmuş pomidor partiyası məhv ediləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar