Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
30-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qəhvəni bu saatda için

Tarix: 02-10-2026 08:00     Baxış: 327 A- / A+
Qəhvəni bu saatda için
Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər.
Manevr.az mlli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrində dayandırmaq məsləhətdir. Çünki kofeinin təsiri bir neçə saat davam edir və günün sonlarında qəbul edilməsi yuxunun keyfiyyətini poza bilər.
Həddindən artıq kofein istehlakı ürəkdöyünmə, təzyiqin yüksəlməsi və yuxu pozğunluğuna səbəb ola bilər. Xüsusilə ürək xəstəliyi, ritm pozğunluğu və hipertoniya olan şəxslərin kofein qəbulunda daha diqqətli olması tövsiyə edilir.
Mütəxəssislər qəhvəyə şəkər, qaymaq və dadlandırıcı əlavə edilməsini də məhdudlaşdırmağı məsləhət görürlər. Belə əlavələr qan şəkəri və xolesterinin yüksəlməsinə səbəb ola bilər.
Bildirilib ki, filtr qəhvəyə üstünlük vermək daha məqsədəuyğundur. Filtrsiz qəhvənin xolesterinə təsiri daha çox ola bilər.
Həmçinin qəhvə və çayın dəmirin sorulmasını azaltdığı qeyd edilir. Bu səbəbdən dəmir çatışmazlığı olan şəxslərin kofein qəbuluna xüsusi diqqət etməsi tövsiyə olunur.
Mütəxəssislər sağlam insanlar üçün şəkərsiz və kremsiz gündə 1-2 fincan qəhvənin ölçülü qəbulunu uyğun hesab edirlər. Uşaqların isə kofeinə öyrəşdirilməməsi tövsiyə olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar