Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rubio İran nümayəndə heyətindən Nyu-Yorkdan qovdu

Tarix: 01-10-2026 08:37     Baxış: 325 A- / A+
ABŞ dövlət katibi Marko Rubio danışıqların nəticəsiz qalmasından sonra BMT Baş Assambleyasının iclaslarında iştirak edən İran nümayəndə heyətindən Nyu-Yorku dərhal tərk etməyi tələb edib.

Bu barədə “Axios” adı açıqlanmayan ABŞ rəsmisi və məsələ barədə məlumatlı ikinci mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Rubio ABŞ-ın BMT-dəki nümayəndəliyinə İran nümayəndə heyətinə ölkəni tərk etməli olduqlarını bildirmək barədə göstəriş verib.

İran nümayəndə heyətinin tərkibində İranın xarici işlər naziri Abbas Əraqçi də olub. Məlumata görə, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə aparılan dolayı danışıqlarda bazar ertəsi səhər irəliləyiş əldə olunacağına ümid yaranıb, lakin günün ikinci yarısında danışıqlar dalana dirənib.

“Axios”un bildirir ki, İran nümayəndə heyəti bir neçə saat sonra Nyu-York hava limanına yollanıb və Dohaya uçub. Bununla belə, mənbələrdən biri Əraqçinin onsuz da həmin axşam Tehrana qayıtmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, danışıqlarda əsas mübahisə mövzularından biri İranın ABŞ-ın dəniz blokadasının aradan qaldırılması tələbi ilə Vaşinqtonun İranın nüvə proqramı üzrə güzəştlər əldə etmək istəyidir. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar