Xəbər lenti
Yanacaq bahalaşdı, yeni problem yarandı - Sürücülər oğurluğa başladı
Bu barədə “Bild” qəzeti Almaniya yanacaqdoldurma məntəqələri operatorlarının maraqlarını müdafiə edən assosiasiyaya istinadən məlumat yayıb.
Bildirilib ki, bəzi yanacaqdoldurma məntəqələrinin operatorları gecə saatlarında oğurluq hallarının qarşısını almaq üçün kolonları söndürməyə başlayıblar. Yanacaq oğurluğuna həm gənclər, həm də yaşlı insanlar arasında rast gəlinir.
Assosiasiyanın nümayəndəsi Herbert Rabl qeyd edib ki, yanacağın qiyməti litri 2,4 avroya yaxınlaşdıqdan sonra bəzi sürücülər yanacağın pulunu ödəmədən məntəqəni tərk edirlər.
Buna baxmayaraq, Almaniyada demək olar ki, bütün yanacaqdoldurma məntəqələrində videomüşahidə sistemlərinin olması oğurluq edənlərin tutulma riskini artırır. Peşəkar oğrular isə oğurlanmış dövlət nömrə nişanlarından istifadə edir və ya nömrələri gizlədirlər.
Qeyd edək ki, sentyabr ayında Almaniyada dizel və E10 markalı benzinin qiyməti tarixi rekord səviyyəyə yüksəlib. Ölkədə və ümumilikdə Avropada yanacağın bahalaşmasına Bab əl-Məndəb boğazı ətrafında vəziyyətin kəskinləşməsi də təsir edib. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























