Sizin Reklam Burada
Xəbər lenti
28-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa

Tarix: 29-09-2026 15:57     Baxış: 412 A- / A+



Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd vəsaitin çıxarılması ilə bağlı yeni qayda tətbiq edilib.
Manevr.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Qərara əsasən, fiziki şəxslərin Rusiyadan Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistana 1 milyon rubldan çox nağd pul aparması qadağan edilib.
Lakin vəsaitin bank hesabından çıxarıldığını təsdiqləyən sənədlər təqdim edildiyi halda, müəyyən beynəlxalq hava limanlarından nağd pulun ölkədən çıxarılmasına icazə verilir.
Məhdudiyyət beynəlxalq sərnişin və yük daşımaları həyata keçirən hüquqi şəxslərə, həmçinin Rusiya diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi məqsədilə çıxarılan vəsaitlərə şamil olunmur.
Qaydanı pozan fiziki şəxslərin 1 milyon rubldan artıq çıxardığı məbləğin, hüquqi şəxslər və fərdi sahibkarların isə ölkədən çıxardıqları bütün nağd vəsaitin müsadirə olunması nəzərdə tutulur.
Yeni qayda sentyabrın 29-dan qüvvəyə minib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar