Xəbər lenti
AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
AB Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) nümayəndə heyəti Ermənistana səfərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.Manevr.az report-a istinadla xəbər verir ki, nümayəndə heyətinin səfəri AB-Azərbaycan münasibətlərini və regional məsələləri müzakirə etmək məqsədi daşıyır və Ab-nin regiondakı tərəfdaşlarla müntəzəm dialoq və əməkdaşlığının bir hissəsidir.
Ötən gün COEST nümayəndə heyəti Ermənistana səfər edib və hökumət nümayəndələri ilə görüşlər keçirib. Xüsusilə Ermənistan və AB arasında münasibətlərin gündəliyi, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi, Strateji Tərəfdaşlıq Gündəliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və nəqliyyat bağlantısının inkişafı müzakirə olunub.
Ermənistan tərəfi, həmçinin nümayəndə heyətinə Ermənistanla Azərbaycan arasında sülhün institutlaşdırılması üzrə addımları və Cənubi Qafqazda sülhün bərqərar olması ilə əlaqədar yaranmış regional əməkdaşlıq imkanlarını təqdim edib.
COEST Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, o cümlədən Ermənistan və Azərbaycanla münasibətlər üzrə fəaliyyətini hazırlayır və əlaqələndirir, habelə bu dövlətlərlə bağlı siyasi məsələlər üzrə Şuranın mövqelərini hazırlayır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























