Xəbər lenti
Böyük Britaniyadakı ABŞ obyektləri üçün yüksək təhlükə xəbərdarlığı
Manevraz-ın xəbərinə görə, Dövlət Departamenti bəyanatında bildirib ki, ABŞ ilə əlaqəli obyektlər, toplantılar və təşkilatlar yüksək risk altında ola bilər. ABŞ vətəndaşlarına şəxsi təhlükəsizliklərini təmin etmək üçün yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri tövsiyə olunur.
Departament həmçinin Böyük Britaniyadakı ABŞ vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan Ferforddakı Britaniya aviabazası yaxınlığında beş nəfərin saxlanıldığı barədə məlumat yayıldı. Hadisəni şərh edən ABŞ Prezidenti Donald Tramp bildirdi ki, Birləşmiş Ştatlar həmin şəxslərlə bağlı araşdırma aparır.
Trampın sözlərinə görə, onlar aviabazaya ciddi ziyan vurmaq niyyətində olublar. İlkin mərhələdə həmin şəxslər partlayıcı maddələrlə bağlı qanunları pozmaqda şübhəli bilinirdilər, lakin sonradan polis onlara qarşı terror aktı planlaşdırmaq ittihamının da irəli sürüldüyünü açıqlayıb.
Sevinc
Manevraz
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























