Sizin Reklam Burada
Xəbər lenti
25-09-2026
BÜTÜN XƏBƏRLƏR

Təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanıldı

Tarix: 26-09-2026 12:40     Baxış: 327 A- / A+


Paytaxtın Yasamal rayonunda talama cinayəti baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S.Rəşidzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, əsasən ahıl yaşlı təqaüdçülərə bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri ələ keçirib.
S.Rəşidzadənin bu üsulla 3 vətəndaşa məxsus ümumilikdə 2400 manat pul vəsaitini taladığı müəyyən olunub. S.Rəşidzadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
"Diqqətə çatdırırıq ki, bankomatdan istifadə zamanı bank kartınızı və PİN-kodunuzu tanımadığınız şəxslərə etibar etməyin. Kömək təklif edən şəxslərə qarşı diqqətli olun, kart məlumatlarınızı və təsdiq kodlarınızı heç kimlə paylaşmayın", - DİN-in məlumatında bildirilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar