Sizin Reklam Burada
Xəbər lenti
24-09-2026
23-09-2026
BÜTÜN XƏBƏRLƏR

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Tarix: 24-09-2026 21:02     Baxış: 327 A- / A+
ABŞ-da ölkədə olan, lakin sığınacağı olmayan şəxslər haqqında müəyyən araşdırmalar aparılıb. Oğlum və gəlinimlə bağlı məsələ də bu qəbildəndir. Bunu həbs adlandırmaq doğru deyil.

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-da həbs edildiyinə dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, oğlu və gəlini, ümumiyyətlə, həbs olunmayıblar:

"Heç sığınacaqda da deyillər. Müəyyən dövrdə onların vizalarının vaxtının keçməsi ilə əlaqədar araşdırmalar olub və məsələ başa çatıb. Əslində bu hadisə sentyabrın əvvəllərində olub. Hər gün onlarla telefonla danışıram, bütün sənəd məsələləri həll olunub. Saxta sənəd hazırlanması kimi yayılan xəbərlər tamamilə uydurmadır”.

Arif Hacılı bildirib ki, hazırda ABŞ-dakı vəziyyətə görə bu ölkədə sığınacaq almayan hər kəsin istintaqa cəlb edilməsi mümkündür: "Onlar da bu kontekstdə istintaqa cəlb olunmuşdular. Sadəcə, onlar hələ də bu ölkədə daimi yaşamaq hüququ əldə etməyiblər”.

Qeyd edək ki, Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-da həbs edildiyi iddia edilir. Onların ölkədən çıxmaq öhdəliyi götürsələr də, ABŞ-da qeyri-qanuni yaşamağa davam etdikləri bildirilir. teleqraf.com 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar