Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Tarix: 23-09-2026 18:36     Baxış: 331 A- / A+
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən aparılan monitorinq zamanı “.az” domen zonasında bir-birinə oxşar xüsusiyyətlərə malik çoxsaylı veb-sayt “defacement” (veb-saytın icazəsiz dəyişdirilməsi) hadisələri müəyyən edilib.
Agentlikdən bildirilib ki, araşdırma zamanı eyni gündə  22 “.az” domeninin “Xscyth3” adlı kiberdələduz tərəfindən “deface” olunduğu müşahidə edilib.
Hədəfə alınan domenlərin böyük hissəsi turizm, tur operatorluğu, transfer, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanda səyahət xidmətləri ilə bağlı olub. Hadisələrin eyni vaxtda və oxşar xarakter daşıması onların bir-birindən müstəqil insidentlərdən daha çox ortaq texniki və ya inzibati infrastrukturla əlaqəli ola biləcəyini göstərir. MKA tərəfindən aparılan texniki yoxlama zamanı domenlərin bir hissəsində ortaq qeydiyyat məlumatlarının istifadə edildiyi müəyyən olunub. Belə ki, bəzi domenlər üzrə “info@ati.az” elektron poçt ünvanı və “Azerbaijan Travel International” təşkilat adı müşahidə edilib. Bundan əlavə, 19 domenin "AS47583 / AS-HOSTINGER" şəbəkəsində yerləşdiyi, həmin domenlərdə eyni “ns1.dns-parking.com” və “ns2.dns-parking.com” serverlərinin, eləcə də “hcdn” server göstəricisinin istifadə olunduğu müəyyən edilib. Qeyd olunan texniki göstəricilər hədəflənən domenlər arasında ortaq infrastruktur və ya idarəetmə əlaqələrinin ola biləcəyini göstərən indikatorlar kimi qiymətləndirilir.
Veb-saytda aşkar edilmiş “Web Defacement” halı ilə əlaqədar sistemdə mövcud ola biləcək zəifliklərin müəyyən edilməsi məqsədilə təhlükəsizlik auditi və insident araşdırmasının aparılması tövsiyə olunur. Saytın CMS, plagin və digər komponentlərinin aktual versiyalara yenilənməsi, inzibatçı hesablarının parollarının dəyişdirilməsi və çoxfaktorlu autentifikasiyanın (MFA) tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda, server və tətbiq loqlarının təhlil edilməsi, aşkar edilmiş zəifliklərin aradan qaldırılması və oxşar halların vaxtında müəyyən edilməsi üçün davamlı təhlükəsizlik monitorinqinin təşkili tövsiyə edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar