Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

Tarix: 21-09-2026 23:30     Baxış: 329 A- / A+












Polşadakı diaspor nümayəndələrinin və Azərbaycan Respublikasının səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində Azərbaycana qarşı təxribatın qarşısı alınıb.

Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat ölkədəki Azərbaycan diaspor nümayəndələrinin sosial şəbəkələrində yayımlanmasından dərhal sonra Azərbaycan Respublikasının Polşadakı səfirliyi bu materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib.

“Məhsulun” istehsalı və eyni zamanda satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezarı Popiel ilə əlaqə saxlanılıb və məsələ ilə bağlı Azərbaycan Respublikasının kəskin etirazı bildirilib. Qarşı tərəf məsələ barədə sosial şəbəkələr vasitəsilə məlumatlı olduğunu və yol verilmiş yanlışlıqla bağlı üzrxahlığını bildirərək, qeyd olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edildiyini vurğulayıb.

Səfirliyin təklifinə əsasən Çezare Popiel diplomatik nümayəndəliyi yazılı şəkildə məlumatlandırıb. Məktubda bildirib ki, “təsvirin” çap materiallarında istifadəsi məqsədyönlü və ya qəsdən həyata keçirilməyib, çapın hazırlanma mərhələsində “insan amili” nəticəsində baş verib. Məktubda həmçinin çap məhsulunun satışının tam dayandırıldığı, anbarda olan və müştərilərdən qaytarılmış bütün nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyi, eləcə də gələcək çap materiallarında həmin “təsvirin” istifadəsinin qarşısının alınması məqsədilə müvafiq düzəlişlərin edildiyi bildirilib.

Çezare Popiel səfirliyə göndərdiyi məktubda Azərbaycan Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Polşadakı səfirliyi yuxarıda göstərilən təxribatı aşkarlamış, sosial şəbəkələrdə məsələyə hər iki ölkə ictimaiyyətinin diqqətini cəlb etmiş və müvafiq ünvanlara müraciətlər etmiş Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar