Sizin Reklam Burada
Xəbər lenti
20-09-2026
19-09-2026
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazir təyyarəni “cəhənnəmə” çevirdi – 322 sərnişin geri qaytarıldı

Tarix: 20-09-2026 21:34     Baxış: 322 A- / A+
Niderlandın keçmiş nəqliyyat naziri və KLM-in sabiq rəhbəri Kamiel Eurlingsə məxsus olduğu bildirilən powerbank Amsterdam–Kürasao reysi zamanı alışıb.

Hadisə Atlantik okeanı üzərində baş verib və təyyarə geri dönməyə məcbur olub.

KLM-in KL735 reysi Amsterdamdan Kürasaoya uçarkən salonda qəfil güclü partlayış səsi eşidilib, ardınca oturacağın üzərindən alov qalxıb. Ekipaj yanğını qısa müddətdə söndürüb.

RTL Nieuws-un məlumatına görə, yanan powerbank 2007–2010-cu illərdə Niderlandın nəqliyyat naziri olmuş, daha sonra KLM-ə rəhbərlik etmiş Kamiel Eurlingsə məxsus olub. Yaxınlıqda oturan sərnişin cihazın hadisə zamanı enerji ilə doldurulduğunu bildirib.

Məsələni xüsusilə diqqətçəkən edən məqam KLM qaydalarıdır: powerbankı təyyarəyə götürmək mümkündür, lakin uçuş zamanı ondan istifadə etmək və onu enerji ilə doldurmaq qadağandır.

Hadisədən sonra pilot Kürasaoya uçuşu davam etdirməyib və təyyarəni Amsterdamdakı Schiphol hava limanına qaytarıb. Eurlingsin yüngül xəsarət aldığı bildirilir. Təyyarədəki 322 sərnişin KLM tərəfindən otelə yerləşdirilib və ertəsi gün başqa təyyarə ilə Kürasaoya yola salınıb.

Kamiel Eurlings üçün hadisənin başqa bir diqqətçəkən tərəfi də var: o, vaxtilə məhz qaydalarını pozduğu bildirilən KLM aviaşirkətinin rəhbəri olub. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar