Xəbər lenti
Prokuror 9 il cəza istədi, hakim azadlığa buraxdı - Bakıda ŞOK MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa zərər vurmaq və quldurluq etməkdə təqsirləndirilən E.F-in cinayət işi üzrə hökm oxunub.Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi təqsirləndirilən şəxsə qarşı irəli sürülən maddələrin Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsiv edərək işə xitam verilməsini, təqsirləndirilən E.F-in məhkəmə zalından azadlığa buraxılmasını hökm edib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən E.F-in 9 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 23 may, 2025-ci ildə Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Bağça" restoranının yaxınlığında baş verib.
İttihama görə E.F restoranın yaxınlığında dayanan Ramil Hüseynova yaxınlaşaraq, ondan 2 manat çay pulu istəyib, lakin Hüseynov bu tələbi yerinə yetirməkdən imtina edib. Bundan qəzəblənən E onu izləyərək, ərzaq mağazasının qarşısında yaxalayaraq, üzünə və baş nayihəsinə çoxsaylı xəsarətlər yetirib. Hüseynovun tanışı Rövşən Niyazovun əraziyə yaxınlaşmasından sonra E hadisə yerindən qaçaraq, uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanılıb, E.F Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























