Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Tarix: 18-09-2026 15:30     Baxış: 326 A- / A+
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

25–26 sentyabr tarixlərində Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Manevr.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – "Ambrosetti"nin strateji tərəfdaşlığı ilə keçiriləcək Forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunacaq.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar müzakirə olunacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və iqtisadi imkanların genişləndirilməsi baxımından mühüm beynəlxalq tədbirdir. Forum çərçivəsində konkret layihələr üzrə tərəfdaşlıqların qurulması və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mexanizmlərinin formalaşdırılması diqqət mərkəzində olacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni ideya və təşəbbüslərin konkret layihələrə çevrilməsinə, xarici investorlarla əməkdaşlığın genişlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar