Xəbər lenti
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcı təyyarəsi satacaq
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd beşinci nəsil F-35 Lightning II qırıcı təyyarəsi və digər hərbi texnikanın 24,3 milyard dollar dəyərində satılmasına dair potensial sazişin təsdiqləndiyini elan edib.Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, hesabata əsasən, sövdələşməyə qırıcı təyyarələrlə yanaşı, 49 ədəd "Pratt & Whitney F135-PW-100" mühərrikinin, həmçinin rabitə avadanlıqlarının, ehtiyat hissələrinin və digər əlaqəli vasitələrin tədarükü də daxildir.
Dövlət Departamenti qeyd edib ki, təklif olunan bu satış Fars körfəzi regionunda siyasi sabitliyin və iqtisadi tərəqqinin təmin edilməsində mühüm rol oynayan, NATO-ya üzv olmayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək.
Agentlik həmçinin əlavə edib ki, qırıcı təyyarələrin satışı regiondakı hərbi balansı pozmayacaq.
Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını ABŞ-ın NATO-ya üzv olmayan əsas müttəfiqi elan edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























