Xəbər lenti
Gündə cəmi 2 saat işləyərək ayda 10 min qazanır
İspaniyadan Norveçin şimalındakı Tromso şəhərinə köçən Laura Prieto ölkədəki maaşlar və iş şəraiti ilə bağlı təcrübəsini bölüşüb. Oteldə təmizlik işçisi və turist bələdçisi kimi çalışan Prieto Norveçdə qazandığı gəlirin İspaniyadakı qazancı ilə müqayisədə ciddi fərq yaratdığını bildirib.
Cronista-nın məlumatına görə, Prieto TikTok hesabında paylaşdığı videoda Norveçdə 2,5 saat işləməklə İspaniyada bir günlük işdən qazandığı məbləği əldə etdiyini deyib.
Prietonun sözlərinə görə, bu gəlir səviyyəsi ona iş saatlarını artırmadan qazancını yüksəltməyə və İspaniya ilə müqayisədə daha çox pul yığmağa imkan verib.
Məqalədə təqdim olunan rəsmi məlumatlara əsasən, Norveçdə aylıq əməkhaqqı göstəriciləri belədir:
Orta aylıq maaş: 63 min 700 Norveç kronu
Orta baza maaşı: 58 min 970 Norveç kronu
Yüksək maaşlara baxmayaraq, Tromsonun sərt iqlimi və Norveçdəki yüksək yaşayış xərcləri Prietonun gündəlik həyatına da təsir edib.
Gənc qadın bildirib ki, ölkəyə köçdükdən sonra istehlak vərdişlərini dəyişməli olub. Buna baxmayaraq, əldə etdiyi gəlir sayəsində İspaniya ilə müqayisədə daha çox qənaət edə bildiyini qeyd edib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























