Xəbər lenti
Azarov UTX-ni Gestapo adlandırdı
UTX(Ukrayna Təhlükəsizlik Xidməti) siyasi müxalifəti təqib edən və biznesə "himayə" göstərmək hesabına varlanan bir Ukrayna Gestaposuna çevrilib. Manevr.az xəbər verir ki, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bunu TASS-a açıqlamasında deyib
"Dövlət çevrilişindən (2014-cü il) sonra Qərb kəşfiyyat orqanlarının nəzarəti altında olan UTX Ukrayna Gestaposuna çevrildi. Onun siyasi müxalifəti təqib etməkdən və müxtəlif əməliyyatlara 'himayədarlıq' etməklə – yaxud, açıq desək, bizneslərdən zorla pul qoparmaqla, varlanmaqdan başqa heç bir funksiyası yoxdur. Onların bütün gördüyü iş bundan ibarətdir. Onların başqa heç bir məqsədi yoxdur və məhz buna görə də Poklad kimi bədnam şəxslər indi belə yüksək vəzifələri olduqca asanlıqla tuta bilirlər",– deyə o bildirib.
Azarov əlavə edib ki, hələ 1990-cı illərdə Poltava vilayətində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla bağlı Poklada qarşı cinayət işi açılmışdı. "Lakin bu, onun karyera pillələrində irəliləməsinə və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri olmasına mane olmadı", – deyə keçmiş baş nazir qeyd edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























