Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

Könül Kərimovanın adı keçən cinayət işi: “Məndən şirkətimin möhürünü tələb etdilər” - MƏHKƏMƏ

Tarix: 16-09-2026 15:33     Baxış: 327 A- / A+
Könül Kərimovanın adı keçən cinayət işi: “Məndən şirkətimin möhürünü tələb etdilər” –  MƏHKƏMƏ
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan “Hüquq-Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Mübariz Məmmədov tərəfindən vəsatətlər təqdim olunub.
O, cinayət işində olan sənədlərin araşdırılması və prosessual qaydaların həll olunması üçün işin yenidən araşdırılması ilə bağlı prokurora qaytarılması barədə vəsatət verib.
Yerində müşavirə keçirən hakimlər heyəti işin ibtidai istintaqa qaytarılması barədə vəsatəti təmin etməyib. Bildirib ki, vəsatətdə sənədlərin araşdırılması ilə bağlı hallara məhkəmə müşavirə otağında qiymət verəcək.
Daha sonra Mübariz Məmmədov ibtidai istintaq zamanı qanun pozuntusunun mövcudluğunun müəyyən olunması barədə qərar qəbul edilməsi barədə vəsatəti səsləndirib. Hakim isə bu məsələyə də müşavirə otağında qiymət veriləcəyini açıqlayıb.
Daha sonra Mübariz Məmmədov sərbəst ifadə verib. O bildirib ki, barəsində ittiham zərərçəkmiş İlham Cəfərovun ərizəsi əsasında verilib: "Həmin ərazidən sonra istintaqa dəvət olunmuşam, şübhəli şəxs qismində cəlb olunmuşam. Məndən şirkətimin möhrünü tələb ediblər. Bunu da Sakit Məmmədov edib. Mən də bunu verməmişəm. Sakit Məmmədovun sifarişi ilə məni həbs ediblər".
Təqsirləndirilən şəxs deyib ki, Könül Kərimovaya aid olduğu deyilən mənzil isə onun özünə məxsus olub: "Könül Kərimova Sakit Məmmədova 300 min manat borc verib, həmin mənzil də saxta müqavilə ilə ona verilib. Bir mənzilin alınmasına görə iki müqavilə məndə olub. Birinci müqavilə mənim adıma olub, ikinci müqavilə isə Könülün adına verilib. Düzgün sənəd isə mənim adıma olan müqavilədir".
Təqsirləndirilən şəxs bildirib ki, 10 mənzil, iki qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə əvvəlki dövrdə vəsatət verib: "Bildirməliyəm ki, mənə aid həmin mülklərin üzərinə həbs qoyulsun, təqsirim sübuta yetirilsə, həmin mülklər satılaraq zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilsin. Amma bu vəsatətim təmin olunmadı. Həmin mülklər Sakit Məmmədov tərəfindən saxta sənədlər düzəldilərək satıldı".
Mübariz Məmmədov onu da deyib ki, ittiham olunduğu 4 epizod mülki xarakterli işdir, amma buna baxmayaraq həmin epizodlar cinayət tərkibi kimi araşdırılır.
Növbəti proses oktyabrın 7-də davam edəcək.
İstintaq sənədlərinə görə, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.
Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.
İstintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.
İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “ARAZ T.İ” MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib. Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.
İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib. Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.
Mübariz Məmmədova qarşı digər ittiham isə yüz minlərlə manatlıq “hüquqi xidmət” vədləri ilə bağlıdır. İstintaqın versiyasına əsasən, o, “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova “Konstra” MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib. İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.
Bundan başqa, “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.
Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.
Qeyd edək ki, cinayət işində müğənni Könül Kərimovanın adı hallanır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar