Sentyabrın 17-nə keçən gecə Ukraynanın zərbələri nəticəsində Rusiyanın Yaroslavl şəhərində neft emalı zavodunda yanğın baş verib.
Manevr.az xəbər verir ki, həmçinin Rostov vilayətindəki hərbi aerodromda da yanğın qeydə alınıb.
Məlumata görə, Yaroslavldakı “Slavneft-YANOS” neft emalı zavodunda güclü yanğın başlayıb. Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev bölgədə pilotsuz uçuş aparatları təhlükəsi barədə xəbərdarlıq edib və hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib. Onun sözlərinə görə, Yaroslavldan Moskva istiqamətində çıxış bağlanıb. Hücumun nəticələri barədə rəsmi məlumat verilməyib.
Zavodun ildə təxminən 15 milyon ton neft emal etdiyi və Rusiyanın ən iri beş neft emalı zavodundan biri olduğu bildirilir. Ukrayna ordusu 2026-cı ildə bu zavoda azı səkkiz dəfə zərbə endirib.
Rostov vilayətinə endirilən zərbə nəticəsində hərbi aerodromun təyyarələrin saxlanıldığı hissəsində yanğın baş verib. Hücumun nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.
Xəbər lenti
Ukrayna Yaroslavldakı NEZ-ə və Rostovdakı hərbi aerodroma zərbələr endirib

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























