Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin cinayət işində bu şəxslərin də adı keçir - SİYAHI

Tarix: 16-09-2026 16:58     Baxış: 320 A- / A+

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqın başa çataraq məhkəməyə göndərilməsindən sonra iş çərçivəsində adı hallanan şəxslərlə bağlı yeni məlumatlar ortaya çıxıb.
Manevr.az gununnsesi.info-ya istinadla xəbər verir ki, DTX-da aparılan istintaq zamanı sabiq PA rəhbərinin qızı Kamilə Əliyeva və gəlini Nigar Mehdiyeva dindirilib.
Ramiz Mehdiyevin itintaqa cəlb olunan ailə üzvləri ilə yanaşı, həm də “Bank BTB” ASC-nin əsas səhmdarları və rəhbərliyi də prosesə cəlb olunub.
Məlumata görə, bankın əsas səhmdarları – Mehdiyeva Nigar İsmayıl qızı, Sadiq Rza İsmayıl oğlu və Mahmudova Tükazban Ağa qızı istintaqın diqqətinə düşüb və onların Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmədə ifadələrinin alınması gözlənilir.
Qeyd edək ki, “Bank BTB”nin rəsmi açıqlamasında səhmdarların üç fiziki şəxs olduğu göstərilir.
Mehdiyeva Nigar İsmayıl qızının bankda 74 faiz, Sadiq Rza İsmayıl oğlunun 19 faiz, Mahmudova Tükazban Ağa qızının isə 6 faiz payı olub.
Beləliklə, bankın səhmlərinin faktiki olaraq böyük hissəsi Nigar Mehdiyevanın nəzarətində olub. Bankın əvvəlki illərə dair rəsmi hesabatlarında da Nigar Mehdiyeva bankı birbaşa nəzarətdə saxlayan şəxs kimi göstərilib.
Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir.
Digər səhmdar Sadiq Rza İsmayıl oğluna gəlincə, o, uzun müddətdir bankın idarəetmə strukturunda mühüm vəzifə tutub.
“Bank BTB”nin rəsmi məlumatına əsasən, Rza Sadiq İsmayıl oğlu 2016-cı ilin dekabrından bankın Müşahidə Şurasının sədridir.
Bankın rəsmi məlumatında onun səhmdarlığı ayrıca göstərilir.
Qeyd edək ki, Mərkəzi Bankın 5 mart 2026-cı il tarixli qərarı ilə adıçəkilən bank bank olmayan kredit təşkilatına çevrilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar