Xəbər lenti
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
I Aram müraciətində Ermənistanın “dostları” adlandırdığı xarici nümayəndələrin Şuşada rəqs etdiyini və erməni kilsələri, eləcə də tarixi-mədəni abidələrin alban irsi kimi təqdim olunmasını “heyranlıqla” izlədiklərini deyib.
“Tarixin gözümüz qarşısında necə dəhşətli şəkildə təhrif edilməsidir. Dualarımız ‘real Ermənistan’ ərazisinin Şuşanın aqibətini yaşamaması üçündür”, – deyə I Aram bildirib.
Qeyd edək ki, sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycanın Qarabağ bölgəsinə səfər ediblər. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən ümumilikdə 150 nəfər iştirak edib.
Bir daha xatırladırıq ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Azərbaycan öz ərazilərini işğaldan azad edib və bütün ölkə ərazisində suverenliyini bərpa edib. Erməni kilsəsi əsrlər boyu Azərbaycan xalqına qarşı düşmənçilik və nifrət ideologiyası yayıb, bu istiqamətdə davamlı ritorika yürüdüb. Son dövrdə isə Nikol Paşinyan hakimiyyəti kilsənin bu xəttinin dövlət siyasətinə təsirini aradan qaldırır, onun siyasi proseslərdəki imkanlarını məhdudlaşdırır və ordudakı təsirini birbaşa azaldır. musavat.com
Manevr.az
Whatsapp kanalımıza
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar



























