Sizin Reklam Burada
Xəbər lenti
12-09-2026
11-09-2026
BÜTÜN XƏBƏRLƏR

““Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!”— Emil Rasimoğlu yazır...

Tarix: 13-09-2026 09:41     Baxış: 319 A- / A+

Emil Rasimoğlu
şair-publisistik,
Azərbaycan Yazıçılar Birliyinin üzvü




Bu gözəlim məmləkətdə üzünü hansı istiqamətə çevirirsən gözlərinə rəzillik, rəzilliyin amansız dişlərindəki köləlik tablosunun görünməməsi mümkünsüzdür. Bəli, məhz illah da bu gözəlim məmləkətdə!

İlin-günün bu çağında, 21-ci əsrin tərəqqi, təfəkkür dönəmində hələ də “vahid namizəd xroniki xəstəliyi” diktator mahiyyəti ilə öz ömrünü yaşayıb, var olmaqdadır...

Bilirsinizmi niyə? 

Çünki (az qism istisna!) mühit itaətkardı, mütidi, öz müstəqil düşüncəsini ifadəetmə potensialından, iradəsindən, daxili azadlıq enerjisindən məhrumdu! Mühit mühit deyil, köləlik caynağındakı məhbəsdi!..

İndisə fikirlərimin ardı olaraq vaxt itirmədən keçim sözümün mətləbinə, mərkəzinə;

Bu əlahəzrət camiədə Azərbaycan Kinematoqrafçılar İttifaqına özünü sədri seçdirən (bəli, məhz sədr seçdirən!) Şəfiqə Məmmədova Rasim Balayevdən də üç yaş böyükdür, 81 yaşı var.

Rasim Balayev 76 yaşında o görəvə sahiblənmişdi, şəxsini təyin etdirmişdi(!), Şəfiqə Məmmədova da 81 yaşında necə deyərlər, canı cana çatdırdı, o posta yiyələndi!.. 

Bu nə “xroniki epidemiya”dır axı?! Bəs, gənc potensiallı, istedadlı, bacarıqlı, azad nəfəsli kadrlar harada qaldı?

Məgər, o İttifaqa rəhbərlik edəcək bir gənc istedad... zəka, idrak sahibi... modern idarəçilikdən xəbərdar olan yeni nəsil nümayəndələrindən bir şəxs tapılmadımı?!

Yenə deyirəm, axı bu durum rəzillikdi, rəzillik!.. Bu rəzilliyi yaşamaq (həm də yaşatmaq!), bu “məğlublar tragikomedyası”na müəlliflik etmək sizlərə müsbət nə verəcək, ay qandal sevdalıları, zindan vurğunları?!


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar