Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

İtaliyanın keçmiş xarici işlər naziri vəfat edib

Tarix: 11-09-2026 13:40     Baxış: 324 A- / A+
Radikal Partiyanın həmtəsisçisi, italyan siyasətçi Emma Bonino 78 yaşında vəfat edib. 
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun üzvü olduğu "+Europa" partiyası məlumat yayıb.
"Bu gün liderimiz bizi tərk etdi. Ökəmizin tarixindəki cəsarətli və azad ruhlu siyasətçilərdən biri dünyasını dəyişdi",- partiyanın bəyanatında deyilir.
Bonino 2013–2014-cü illərdə xarici işlər naziri vəzifəsini tutub, həmçinin Romano Prodinin hökumətində (2006–2008) nazir kimi fəaliyyət göstərib. O, respublika prezidentliyinə mümkün namizədlərdən biri hesab olunurdu. Lakin bir neçə il əvvəl onda xərçəng xəstəliyi aşkar edilmişdi və o, bu xəstəliyə qalib gəlmişdi. Bir neçə gün əvvəl isə onun ciddi tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.
2023-cü ildə əvvəlki dəfə xəstəxanaya yerləşdirildiyi zaman Roma Papası Fransisk ona baş çəkmişdi. Radikal Partiya, digər məsələlərlə yanaşı, qadınların abort hüququnu da müdafiə edirdi.
"Emma Bonino onilliklər ərzində İtaliya siyasətində güclü bir səs olmuş, öz ideya və mövqelərini hər zaman qətiyyətlə müdafiə etmişdir. Siyasi keçmişimiz çox fərqlidir, lakin bu, onun ölkəmiz üçün gördüyü işlərin əhəmiyyətini etiraf etməyimə mane olmur", – deyə İtaliyanın Baş naziri Corcia Meloni yazıb.

Sevinc
Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar