Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

71 yaşlı qadının sol əvəzinə sağ ayağını əməliyyat ediblər? - Açıqlama

Tarix: 10-09-2026 21:14     Baxış: 317 A- / A+
71-yasli-qadinin-sol-evezine-sag-ayagini-emeliyyat-edibler
Şəki şəhər sakini Dövlət Abdullayeva “Medera Hospital”da əməliyyat olunduqdan sonra çətinliklə üzləşib.

71 yaşlı qadın Baku TV-yə açıqlamasında Gürkan adlı həkimin onun sol ayağının əvəzinə sağ ayağını əməliyyat etdiyini iddia edib.

“20 ildir bu zülmdəyəm, əzab çəkirəm. Neçə yerə getmişəm. Bir ayağımdan 8 dəfə, digərindən isə 6 dəfə əməliyyat olunmuşam. Hansı həkimə gedirəmsə, üz döndərirlər. Ayağıma implant qoyulub, gəzmək istədiyim zaman gördüm ki, şuruplar çıxdı. 5 şurup çıxardı ayağımdan.
Ayağımın içərisində məftillər var, onlar da mənə ağrı verir. Biz həkimə dedik ki, sağ ayağıma dəymə, solu əməliyyat et. Məni necə şikəst qoyubsa, gəlsin əməliyyat etsin. Dözə bilmirəm”, - o qeyd edib.

Məsələ ilə bağlı “Medera Hospital”dan bildirilib ki, Dövlət Əliqulu qızı Abdullayeva 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı əməliyyatı olunub: “Daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə klinikaya dəvət olunub və rəhbərlik və mütəxəssislərlə birgə konsilium aparılıb. Travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib, ikiaylıq müalicə yazıb, müalicə bitdikdən sonra klinikaya gəlməsini və təmənnasız olaraq əməliyyat edəcəyini onlara bildirib. Klinika ilə razılaşan D.Abdullayeva rayona qayıdıb, lakin məlum olub ki, o və həyat yoldaşı klinikanı tərk etdikdən sonra müvafiq orqanlara əsassız olaraq şikayət ediblər”.

Abdullayevlər ailəsi əməliyyatı icra edən Gürkan adlı həkimin Türkiyəyə getdiyini və daha geri qayıtmayacağını bildirsə də, qarşı tərəf bu barədə hər hansı açıqlama verməyib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar