Sizin Reklam Burada
Xəbər lenti
09-09-2026
08-09-2026
BÜTÜN XƏBƏRLƏR

Şəkidə tros qırılmayıbmış – Faciənin yeni səbəbi

Tarix: 09-09-2026 15:44     Baxış: 315 A- / A+

Şəkidə tros qırılmayıbmış – Faciənin yeni səbəbi

Şəki rayonundakı “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin açıqlanan səbəbi ilə bağlı yeni məlumat yayılıb.
Manevr.az 
xəbər verir ki, AzTV-nin hadisə yerindən hazırladığı reportajda ziplayn qurğusunun trosunun qırılmadığı bildirilib.
Reportajda qeyd olunub ki, hadisə zamanı güclü külək və yaranmış təşviş nəticəsində ziplayn arabacığının rolikləri trosdan çıxıb. Nəticədə qurğudan istifadə edən iki gənc yerə yıxılaraq həyatını itirib.
Telekanalın çəkilişlərində trosların hadisədən sonra da yerində və bütöv qaldığı göstərilib. Bununla belə, faciənin dəqiq səbəbi aparılan istintaqla müəyyənləşdiriləcək.
AzTV-nin məlumatına görə, hadisənin baş verdiyi ərazidə ötən gün istintaq tədbirləri aparılıb və mərkəzə giriş məhdudlaşdırılıb. Səhər saatlarından isə ərazi yenidən açılıb.
Reportajda qurğunun icbari sığortasının və aidiyyəti qurumlar tərəfindən texniki baxışdan keçirilməsinə dair sənədlərinin olduğu da iddia edilib. Bildirilib ki, trosların vəziyyəti, metal konstruksiyaların yararlılığı və aparılmış texniki baxışlarla bağlı sənədlər Şəki Rayon Prokurorluğuna təqdim olunub.
Həmçinin ziplayndan istifadə edən şəxslərin əvvəlcədən risklər və sığorta şərtləri ilə bağlı sənəd imzaladıqları qeyd edilib.
Xatırladaq ki, hadisə nəticəsində 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədov həyatını itirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar