Sizin Reklam Burada
Xəbər lenti
08-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Tarix: 09-09-2026 13:34     Baxış: 318 A- / A+


Xəbər verdiyimiz kimi,  "Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Manevr.az xəbər verir ki, Məhərrəm Novruzov daha çox “Hacı Məhərrəm” kimi tanınan iş adamıdır.
Onun adı Azərbaycanda tikinti, turizm, istirahət və idman sahələrində həyata keçirilən bir sıra layihələrlə əlaqələndirilir.
Mediada yayılan məlumata görə, Novruzov Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin, həmçinin Novxanıda fəaliyyət göstərən “My Beach” istirahət mərkəzinin sahibi kimi təqdim olunur.
Novruzovun adı kompleksin ərazisindəki “Şən Yuva” uşaq əyləncə mərkəzi, “Qurtuluş-93” parkı, hazırlıq kursları, klinika, “Yeni Saray” şadlıq sarayı və “New City” oteli ilə də əlaqələndirilir. Ərazidə, həmçinin supermarketlər, restoranlar, idman zalları, üzgüçülük hovuzu, türk hamamı, oxu zalı və müxtəlif ticarət obyektləri fəaliyyət göstərir.
Ailə üzvlərinin adı hallanan yol qəzaları
Məhərrəm Novruzovun ailə üzvlərinin adı müxtəlif illərdə yol-nəqliyyat hadisələrində hallanıb.
2021-ci ildə 90-HN-009 dövlət qeydiyyat nişanlı “Mersedes Gelandevagen” markalı avtomobili idarə edən Gülnar Əsəd qızı Hüseynovanın Masazırdakı duz gölünün yaxınlığında idarəetməni itirdiyi və avtomobilin əvvəlcə “Nissan”, daha sonra isə “Mersedes” və VAZ-2106 markalı avtomobillərə çırpıldığı barədə məlumat yayılıb. Hadisə nəticəsində üç nəfərin xəsarət aldığı bildirilib. Mediada Gülnar Hüseynovanın “Qurtuluş-93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşı olduğu qeyd edilib.
Həmin hadisədən bir neçə gün əvvəl isə Novxanı qəsəbəsində ağır yol qəzası baş verib. Xəbərlərdə Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Rənc Rover” markalı avtomobilin yüksək sürətlə “Daevo Damas”a çırpıldığı yazılıb.
Hadisə nəticəsində avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlovun həyatını itirib. Elşad Kəlbəliyevin qəza zamanı sərxoş vəziyyətdə olduğu iddia edilirdi.
2024-cü ildə isə Hacı Məhərrəm barəsində heç bir qanuni icazə olmadan yaşıllıqları məhv etməsi, çoxillik ağacları kəsməsinə görə cərimə protokolu tərtib edilib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar