Sizin Reklam Burada
Xəbər lenti
07-09-2026
06-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın məşhur rejissoru vəfat etdi

Tarix: 08-09-2026 08:52     Baxış: 321 A- / A+

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor və ssenarist Yefim Abramov vəfat edib.

Bu barədə qurumdan məlumat verilib. 

Rejissor 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda anadan olub. 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. O, İqor Talankin və Georgi Daneliyanın kursunda təhsil alıb.

Abramov 1980–1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyət göstərib. O, müxtəlif janrlı filmlərin ərsəyə gəlməsində iştirak edib.

Rejissorun filmoqrafiyasına “Qorxma, mən səninləyəm!” (1981), “Əzablı yollar” (1982), “Qocalar, qocalar” (1982), “Araqarışdıran” (1987) və “Lətifə” (1989) kimi ekran əsərləri daxildir. “Araqarışdıran” filminin həm rejissoru, həm də ssenari müəllifi olub.

Yefim Abramov, həmçinin xarici film istehsalında iştirak edib. O, Vladimir Krasnopolski və Valeri Uskovun rejissorluğu ilə çəkilmiş “Verona səması altında” (2004, Rusiya–İsrail) serialının ssenari müəlliflərindən biri olub.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar