Sizin Reklam Burada
Xəbər lenti
07-09-2026
06-09-2026
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda güclü külək fəsadlar törətdi - Şəkillər

Tarix: 08-09-2026 08:35     Baxış: 314 A- / A+
Lənkəranda yağış və ildırımla müşayiət olunan güclü külək bir sıra fəsadlar törədib.

Güclü külək əsasən rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Şəhərin əksər küçələrində, eləcə də kəndlərdə irigövdəli ağaclar aşıb.

Aşan ağacların əksəriyyəti elektrik naqillərinin üzərinə düşərək xətlərin qırılmasına və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub.

Şəhidlər Xiyabanı küçəsində irigövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üzərinə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb.

Şəhərin Kiçik Bazar adlanan ərazisində isə ağac hərəkətdə olan, Ehtiram Fərəcova məxsus “Chevrolet Cruze” markalı avtomobilin üzərinə aşıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Aidiyyəti qurumların əməkdaşları ərazilərə cəlb olunublar. Bəzi küçələrdə aşan ağaclar xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib.

Hazırda fasilələrin yarandığı ərazilərdə elektrik enerjisinin verilişinin tam bərpası istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Lənkəranda küləkli və yağışlı hava səngiyib. lent.az

Manevr.az 

Lənkəranda güclü külək fəsadlar törətdiLənkəranda güclü külək fəsadlar törətdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar