Xəbər lenti
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı nəşr olundu - Foto
Yazıçı, publisist Pərvanə Bayramqızının fərqli ədəbi nümunələrlə dolu yeddinci kitabı çap olunub.“Səni özünə döndərənlər” adlandırılan kitabın korrektoru və dizayneri tərcüməçi Aygün Əzizdir. Dövrümüzün sözdən abidəsini yaradan müəllif cəmiyyətdə baş verən dəyişiklər haqqında, sosial problemlər, yaxşılıq-pislik mövzusunda yazdığı esselərdə şahidi olduğumuz prosesləri, mənəvi boşluqları, müxtəlif tip insanların fərqli xüsusiyyətlərini özünəməxsus formada göstərib.
Mətnlər bugünün ab-havasını hiss etdirir, təzadlı yaşantıları söz vasitəsilə canlandırır. İnsanın iç dünyasına enən yazıçı onu bütün incəliklərinədək təhlil edir. Kitabda müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış ziyalılarla müsahibələr də yer alıb.
Mövzular müxtəlif bölmələrə ayrılıb.
Süni intellekt vasitəsilə mətnlərin ümumi məzmununu əhatə edən rəsmlərin hazırlanması ideyası A.Əzizə məxsusdur.
Xatırladaq ki, cəmiyyətə, ictimai-sosial həyata həssaslıqla yanaşan müəllifin indiyədək saysız-hesabsız publisist mətnlərdən, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən və gündəmlə səsləşən esselərdən, resenziyalardan ibarət altı kitabı çap olunub.
Uşaq yaşlarından yazıb-yaradan yazıçının imzası mətbuat səhifələrində ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. İlk kitabı isə 2008-ci ildə nəşr olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























