Sizin Reklam Burada
Xəbər lenti
06-09-2026
05-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xudayarın anası iddialara aydınlıq gətirdi

Tarix: 07-09-2026 11:11     Baxış: 311 A- / A+
Xudayarın anası iddialara aydınlıq gətirdiŞuşaya səfər edən bəzi turistlərin şəhərdə və şəhər ətrafında qayaların üzərinə adlarını və müxtəlif yazıları həkk etməsi ciddi narazılıq yaradıb. Bundan sonra yazıların silinməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülüb. Silinən adlar arasında şəhid Xudayar Yusifzadənin adı da olub. Bəzi jurnalistlər iddia ediblər ki, şəhidin anası buna etiraz edir.
Manevr.az xəbər verir ki, Radə Yusifzadə Bakupost.az-a açıqlamasında etirazının Xudayarın adının silinməsi ilə bağlı olmadığını bildirib:
“Mən etiraz etməmişəm ki, niyə silinib. Mənim etirazım bu olub ki, o ərazidə milyonlarla ad yazılıb. Niyə məhz Xudayar və Turqutun adını prim toplamaq üçün paylaşıblar? Mənim etirazım bu olub. Gəlin, sizə göstərim, orada o qədər sözlər var -“Ayşə" , "Gülşən, səni sevirəm", "filankəs"...
Bir də o adı mən yazdırmamışam. Onu 2021-ci ildə hansısa hərbçilər yazıblar. Mən heç tanımıram ki, o hərbçilər kimdir.
Mən sabah Şuşa Qoruğunun rəhbəri Səmayə xanımı məhkəməyə verəcəyəm. Eyni zamanda bəzi jurnalistləri də. Samir adlı jurnalist yazıb ki, Xudayarın adına Abşeron rayonunda küçə verilib. And olsun Allaha, mən o küçəni heç görməmişəm, xəbərim yoxdur. Bunu haradan çıxarırlar? Bir şəhid anası da mənə ağlaya-ağlaya yazıb ki, Radə xanım, mənim şəklimi qoyub sizin haqqınızda yazıblar. Çox maraqlıdır, heç Xudayarın anasını tanımırlar, başqa adamın şəklini qoyub mənim haqqımda yazıblar.
Allah cənab Ali Baş Komandanımıza can sağlığı versin. Onun sayəsində bu torpaqlarımızı alıblar. Cənab Ali Baş Komandan şəhidlərimizin adının əbədiləşdirilməsini hər tərəfdən bəyan edib. Xudayarın oxuduğu məktəbdə büstü qoyulub. Xankəndidə Zəfər muzeyində onun adına pilləkən qoyulub. Bu gözəllikləri yaradan cənab Prezidentdir. Mən niyə hansısa qayanın üstündə silinən ada etiraz edim? Mənim sadəcə etirazım budur ki, niyə orada yüzlərlə ad yazılıb, amma Xudayarın və Turqutun adını prim toplamaq üçün paylaşaraq şou yaradırlar?
Bəzi saytlar paylaşım edərək məni təhqir etdirdilər. Şəhid anası kimi onların hamısına minnətdaram. Beləcə erməni qanlı şəxslərin hansı saytlarda olduğu üzə çıxdı: şəhid anasını təhqir etdilər, bunların xoşuna gəldi.
O qayalığa gələn erməni qanlılar başqa ehtiyaclarını ödəyirlər. Mənə lazımdır orada oğlumun adı? Mənim oğlumun adı tarixə yazılıb. Daşdan silmək olar, tarixdən əsla".

Manevr.az 
BakuPost

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar