Xəbər lenti
Xalq artisti vəfat etdi
Manevr.az xəbər verir ki, bu barədə məlumatı rejissor Mehriban Ələkbərzadə sosial şəbəkə hesabında paylaşıb.
Mərkəzi Kliniki Xəstəxanaının yaydığı məlumatda deyilir: "Bu gün səhər saatlarında Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Yakovleviç Şarovski Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hərtərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib".
Qeyd edək ki, Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakıda anadan olub.
1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb, 1976-cı ildən isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Aleksandr Şarovski 1993-cü ildən sözügedən teatrın baş rejissoru olub. 50-dən çox obraz yaradıb, 50-dən artıq tamaşaya quruluş verib. “Qorxma, mən səninləyəm”, “Lətifə”, “Hökmdarın taleyi” və digər filmlərdə rol alıb.
Aleksandr Şarovski 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
O, həmçinin Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























