Sizin Reklam Burada
Xəbər lenti
09-09-2026
08-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib

Tarix: 09-09-2026 16:32     Baxış: 414 A- / A+


Saşa Bakes Saşa Bakes


Dünya Bankı Qrupuna (DB) Azərbaycanda vahid ölkə nümayəndəliyinə Saşa Bakes rəhbər təyin edilib.
Manevr.az verir ki, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi çərçivəsində Saşa Bakes (Sacha Backes) yeni rəhbər təyin edilib.
Əvvəlcə onun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin edildiyi bildirilsə də, qeyd olunub ki, Saşa Bakes ümumilikdə Dünya Bankı Qrupunun – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daxil olmaqla – Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək.
Dünya Bankının Azərbaycan ofisindən bildirilib ki, Bakes sentyabrın 1-dən vəzifəsinin icrasına başlayıb. Qeyd olunub ki, Dünya Bankı Qrupu bütün ölkələr üzrə vahid ölkə nümayəndəliyi modelinə keçir.
Bundan əvvəl Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsini Stefanie Stallmeister icra edib. O, səlahiyyət müddətinin başa çatması ilə əlaqədar iyulun 1-dən vəzifədən ayrılıb.
Saşa Bakes bundan əvvəl IFC-də İstehsal, Aqrobiznes və Xidmətlər üzrə Avropa komandasında baş investisiya mütəxəssisi kimi çalışıb. O, IFC-də 17 ildən artıq fəaliyyət göstərib, həmçinin Afrika regionunda layihələrin idarə edilməsində iştirak edib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar