Xəbər lenti
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Çiçək sifarişi vermək istəyərkən 33 min 400 lirəlik dələduzluğun qurbanı oldu.Türkiyənin Ədirnə şəhərində internet vasitəsilə sevgilisinə çiçək sifarişi vermək istəyən vətəndaş dələduzların qurbanı olub. O, müxtəlif vaxtlarda qarşı tərəfin hesabına ümumilikdə 33 min 400 lirə göndərib.
Xarici mediaya xəbər verir ki, hadisənin sentyabrın 9-da baş verdiyi bildirilir. Məlumata görə, vətəndaş internet üzərindən çiçək sifariş etmək məqsədilə F.M. adlı şəxslə əlaqə saxlayıb.
Şübhəlinin yönləndirməsi ilə müxtəlif vaxtlarda ödənişlər edən vətəndaş ümumilikdə 33 min 400 lirəni göstərilən bank hesabına köçürüb.
Bir müddət sonra nə sifarişinə, nə də satıcıya çata bilən vətəndaş dələduzluğa məruz qaldığını anlayaraq polisə müraciət edib və həmin şəxs və ya şəxslərdən şikayətçi olub.
Hadisə ilə bağlı Ədirnə İl Emniyyət Müdürlüğünün Kibercinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən araşdırmaya başlanılıb. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























