Xəbər lenti
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
44 günlük Vətən müharibəsinin şəhidi Mürşüd Məmmədzadənin anası Ülviyyə Abbasova "Unikal Baku" şirkətinin rəhbəri Nəsimi Qədirov və onun həyat yoldaşı Elnarə Qədirovadan şikayətçidir.Manevr.az bildireir ki, Sitat.info-ya danışan Şəhid anası qeyd edib ki, Nəsimi Qədirovun ona 5 min manat borcu var. Borcunu tələb etdiyi üçün N. Qədirov və həyat yoldaşı E. Qədirova tərəfindən təhqir edildiyini deyən Ülviyyə Abbasova bildirib ki, Elnarə Qədirova onu pulunu istədiyinə görə dilənçi adlandırıb: "Get, şəhidinə hörmət elə, dilənçi".
Şəhid anasının sözlərinə görə, şirkət rəhbəri onunla yanaşı, bir neçə nəfərin, o cümlədən bəzi məşhur simaların da pulunu "atıb".

Ülviyyə Abbasova aidiyyəti qurumların rəhbər şəxslərinə müraciət edərək kömək istəyib: "Bu adamın arxasında kim dayanır, bilmirəm. Bu gün tutulur, sabah yenə azadlığa çıxır. Heç kim bu adamla bacarmır. Xahiş edirəm, mənə kömək edin, Nəsimidən pulumu alım".
Bu arada diqqətinizə çatdıraq ki, Nəsimi Qədirov bir neçə dəfə həbsdə olub. Sonuncu dəfə 2026-cı ilin may ayında məhz Ülviyyə Abbasovanı təhqir etdiyi üçün 5 sutka inzibati həbs cəzası alıb.
2011-ci ildə Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə axtarışda olan Nəsimi Qədirov iyunun 22-də yaxalanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























