Sizin Reklam Burada
Xəbər lenti
12-09-2026
11-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hikmət Hacıyev: "Kəlbəcər yenidən qurulur, canlanır"

Tarix: 12-09-2026 23:36     Baxış: 316 A- / A+
"Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcər rayonunda İkinci Bal Festivalında çıxışında deyib.

"Doğma Kəlbəcərimizdə olmaq bizim hər birimiz üçün bu günlərdə böyük qürur hissidir. Mən 1993-cü ilin o qanlı-qadalı günlərini yaşım az olsa da - təqribən mənim 13-14 yaşım var idi - çox gözəl xatırlayıram. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, çörəksiz, qidasız, ilk üz tutduqları yerlərdən biri də məhz Gəncə şəhəri idi. O zaman onların yerləşdirildiyi ilk məntəqələrdən biri də Gəncə Şəhər Texnologiya Universitetinin yataqxanası idi, hansı ki, bizim evimiz onun yaxınlığında yerləşirdi", - H.Hacıyev qeyd edib.

H.Hacıyev bildirib ki, Kəlbəcər sakinlərinin həmin dövrdə yaşadığı hadisələri böyük təəssüf hissi ilə xatırlayır:

"O günləri mən hələ də böyük faciə hissi ilə xatırlayıram, yaşımın az olmasına baxmayaraq. Kəlbəcər sakinləri böyük, ağır əzabdan keçərək, Ömər aşırımını, o qarlı günlərdə ayaqyalın, başıaçıq keçərək Gəncə şəhərinə pənah gətirmişdilər".

H.Hacıyev Kəlbəcərin uzun müddət mühasirədə qaldığını vurğulayıb: "Təəssüflər olsun ki, Kəlbəcər şəhərinin, kəlbəcərlilərin həmin dövrdə mühasirədə olmasını heç də beynəlxalq ictimaiyyət, hətta Azərbaycanın öz içərisində həmin dövrdə hakimiyyətdə olan bəzi qüvvələrin səriştəsizliyi nəticəsində insanlarımız hiss edə bilmirdilər. Kəlbəcər bir ilə yaxın müddətdə mühasirədə idi. Bir tərəfdən Ağdərə istiqamətində Ermənistan qoşunları mühasirəyə almışdılar. Laçının işğalından sonra Kəlbəcərin o istiqamətdə yolu bağlanmışdı. O biri tərəfdən də Ermənistan, digər bir tərəfdən isə Murov dağlarının əhatəsində olan kəlbəcərlilər. Amma onlar - Kəlbəcər sakinləri, kəlbəcərlilər öz əzmlərini, inamlarını, qürurlarını itirmədilər".

Prezidentin köməkçisi Kəlbəcərin işğalı zamanı baş verən Tunel faciəsini də xatırladıb:

"Tunel faciəsini hələ də biz xatırlayırıq. Tunelin çıxacağında erməni terrorçusu Monte Melkonyan, hansı ki, Yaxın Şərqdən gəlmişdi, tunelin girəcəyində onlar pusqu qurmuşdular. Xocalı faciəsi qədər orada bir qəddar faciə baş verdi. Biz bunları unutmamalıyıq, bunlar da bizim tariximizin bir hissəsidir və orada Kəlbəcərlilərə ağır divan tutuldu".

O, həmin dövrdə Kəlbəcərli qadınların üzləşdiyi faciədən də danışıb:

"Və həmin zaman öz namusunu, qeyrətini qoruyan bizim Kəlbəcərli bacılarımız özlərini Tərtər çayına atdılar ki, xilas olsunlar".

H.Hacıyev bu hadisələrdən danışmağın çətin olduğunu, lakin həmin günlərin artıq geridə qaldığını deyib:

"Bunları yenə də mənə danışmaq hər birimiz üçün çətindir, amma çox xoş olan hissdir ki, o anlar artıq keçmişdə qalıb. Biz gözəl Kəlbəcərdəyik".

H.Hacıyev uşaqlıq illərində Kəlbəcərdə olmadığını, Kəlbəcərli dostlarının şəhərin gözəlliyindən danışdıqlarını bildirib:

"Mənə nəsib olmamışdı uşaqlıq illərində Kəlbəcərdə olum. Həmişə Kəlbəcərli dostlarımız, yoldaşlarımız Kəlbəcərin gözəlliyindən danışırdılar, təsəvvür edirdim, amma belə gözəl olduğunu həqiqətən təsəvvür də edə bilmirdim. Kəlbəcər çox gözəldir".

O, Kəlbəcərin hazırda yenidən qurulduğunu və inkişaf etdiyini vurğulayıb:

"Və bu gün cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir və bundan sonra da Prezident İlham Əliyevin siyasəti nəticəsində burada daha da böyük işlər görüləcəkdir". report 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar